"Neftçi" "Şamaxı"nı səfərdə məğlub edib

Bu gün Misli Premyer Liqasının XXIX turuna yekun vurulur.

Günün ilk matçında "Neftçi" səfərdə "Şamaxı" ilə qarşılaşıb.

Qarşılaşma saat 15:30-da Şamaxı şəhər stadionunda start götürüb.

Samir Abasovun yetirmələri səfərdən 3 xalla qayıtmağı bacarıblar. Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, günün ikinci matçında "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edəcək.

Misli Premyer Liqası

XXIX tur

15:30. "Şamaxı" - "Neftçi" 0:2

Qol: Ramil Şeydayev 42 (pen.), F. Ozobiç, 89

Baş hakim: Fərid Hacıyev

Şamaxı şəhər stadionu