Yəmən növbəti dəfə Təl-Əvivi vurdu

Yəmən Ordusu yenə Təl-Əvivi “Fələtin 2” hipersonik raketlə vurub.

Operativtv Az.shafaqna-ya istinadən xəbər verir ki, İsrail mediası Təl-Əvivin Yəməndən atılan raketlə hədəfə alındığını və geniş işğal edilmiş ərazilərdə həyəcan siqnalının işə düşdüyünü yayıb.

Məlumata görə, 200-dən çox nöqtədə həyəcan siqnalları işə düşüb, iki milyon insan sığınacaqlara qaçıb.

“Kanal 12” telekanalı isə bildirdi ki, “Yəməndən raket atıldığı vaxt Təl-Əvivə enməyə hazırlaşan təyyarə şimal bölgəsinə yönləndirilib”.

İsrail təcili yardım xidməti Yəməndən İsrailə raket atıldıqdan sonra sığınacaqlara qaçış zamanı 9 israillinin xəsarət aldığını bildirib.