Yəmən: ABŞ təyyarəsini biz vurduq

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri dünən ABŞ-ın bir təyyarədaşıyan gəmisi və bir neçə esminesinə qarşı əməliyyat keçirdiklərini bildirib.

Seri ABŞ-ın F-18 döyüş təyyarəsinin Yəmən qüvvələri tərəfindən vurulduğunu da açıqlayıb. O, Amerika gəmisini 8 raket və 17 pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldığını, F-18 təyyarələrindən birini vurduğunu deyib.

Bu gün ABŞ mətbuatı Mərkəzi Komandanlığın (CENTCOM) güya Qırmızı dənizdə öz döyüş təyyarələrindən birini “təsadüfən” vurduğunu bildirmişdi.

CENTCOM-un verdiyi açıqlamada Qırmızı dənizdə USS Harry S. Truman təyyarədaşıyan gəmisində əməliyyat aparılarkən "F/A-18" döyüş təyyarəsinin təsadüfi atəş nəticəsində vurulması barəsində məlumat yayıb.