Yeni il ənənəsi; İslama qarayaxma siyasəti davam edir

Almaniyada yaşanan terror aktı və burada İslamın hədəflənməsi media izləyiciləri üçün yəqin ki, yeni olmadı. Az qala hər il, Milad yaxınlaşınca Qərbin anti-islam siyasəti bayram ruhiyyəli xalqların sevincinə məhz “müsəlmanların əli” ilə zərbə endirməsi həssas zamanın əks, nifrət təsirlərinə hesablanıb. Bunun üçün geniş media imkanlarından istifadə edən bu ünsirlər dünyada İslamın gözdən salınma, cəmiyyətlərdə qorxu və dağıdıcı təsirli olaraq göstərilmə layihələri bu illərdə öz dəsti xəttini dəyişmədi.

2014-cü il, yeni il ərəfəsi Fransanın Dijon məntəqəsində 13 nəfərin yaralanması ilə müşayət olunan avtomobil sui-qəsti; 2015-ci il Fransanın Nantes məntəqəsi, yeni il tədbirlərinin keçirildiyi məkanda avtobusla törədilən sui-qəsddə 10 nəfər yaralandı; 2016-cı il Berlində yeni il aliş-verişinin keçirildiyi yerə böyük tonajlı maşınla hücumda 12 şəxs öldü, 50-dən artığı yaralandı; 2017-ci il Almaniya, Posdamda yeni il bazarlığı məkanına partlayıcı qurğunun qoyulması həyəcanı. Qurğu tapıldı və zərərsizləşdirildı; 2018-ci il Fransa Trier şəhəri, yeni il alış-veriş məkanına avtomobil hücumu nəticəsində 15 şəxs yaralandı; Və 2024-cü il Almaniya Magdeburq-yeni il alış-verişi təşkil olunan məkana avtomobillə həyata keçirilən hücum: 5 şəxs öldü, 205 insan isə yaralandı. Qeyd edilən hadisələrin hər birinin yeganə və dəqiq hədəfi, dünyada bayram həssaslığı yaşadığı bir zamanda onları nifrət püskürən bir olaya qurban etməkdir.

Şübhəsiz eynilik, oxşarlıq bu məsələnin əsas icraçılarına yönəli bir nöqtəni qabartmaya bilməz: Bütün bu vəhşiliklərin arxasında kim dayanır? Suala cavabı media və real oyunçularının təsir, nifrət ssenarisi ilə qiymətləndirməli olarsaq onların hamısı İslam düşüncəli, dini inanclı şəxslər tərəfindən icra edildiyi deyilir. Bu İŞİD və ya digər fərqli adlarla hallanan istənilən bir qürum olsa da, idarə edilən media onu “İslam terrorçuları” adı ilə dünyanın ən qəddar ünsürü olaraq təqdim edəcəyi şübhəsizdir.

Ancaq həqiqət İslam düşüncəsinin doğurdanmı belə bir terrorlara təşkilatçılıq edə bilərmi sualıdır. Şübhəsiz, birmənalıdır ki, bu İslam deyilən dinin prinsip və qanunlarına ziddir. Kənar təsirlərə məruz qalmayan hər bir məntiq sahibinə də bu gün kimi aydındır. Lakin Qərbin İslamı bu kimi adlarla təqdimatı, onu vəhşi terrorçu kimi göstərməsi arxasındakı səbəblər öz cinayətlərini, dünyanı istismar edərək xalqları əsarətdə saxlayan, nəticədə soyqırımlar edən siyasətlərini gizlətməkdir.

İŞİD və Təhriri Əhli Şam kimi neçə-neçə terror təşkilatlarını yaradan Amerika bu kimi təşkilatlar vasitəsi ilə müsəlman ölkələrinin ərazi və təbii sərvətlərini istismar etməklə yanaşı, dünyaya da onları İslam terrorçusu kimi göstərməklə həqiqi İslama yaxınlaşmaq istəyənləri şübhəyə salmağa çalışır. Nəticə etibari ilə o, öz istəyinə çatdığı zaman, dünənə qədər “İslam terrorçusu” kimi təqdim, əli ilə müsəlmanları terror etdirdiyi həmən yetişdirdikləri şəxsiləri terrorçular siyahısından çıxararaq onunla aşkar əməkdaşlıqlarını elan edir.

Bu dünyaya təqdim edilən yalanlı anti-İslam layihəsidir. Qərbin hər il Avropada, dünyanın dinc demokratiya məkanlarında həyata keçirdiyi bu tip addımlar İslamı cəmiyyətin baxışlarında vahimə və dəhşət daşıyıcı bir qol olaraq təqdim etməkdən başqa bir şey deyil.

Bu günün dünyası yalançı, öz əllərində demokratiyanı manipulyasiya edən qüvvələrin istismarçı siyasətlərindən yorulub. Şübhəsiz bir gün rahat keçidlə olnların bu iyrənc oyunlarına yox deyib onları rədd də edəcək. Görünən budur ki, bu zamana qədər isə onlar tipik yalan dolu şoularını dünyanın gözü önündə israrla davam etdirəcəklər.