Genişmiqyaslı təcavüzdən dərhal sonra Rusiyanın Ukraynanı tabe etmək səyləri boşa çıxdı. Ardınca da 2 il də keçdi və “savaşın sonu görünmür” fikri yayıldı.
AzadlıqRadiosunun jurnalisti Stiv Quterman yazır ki, son aylarda bir neçə səbəbdən durum dəyişib. Söhbət, məsələn, döyüş meydanındakı durumdan, ictimai rəydəki dəyişikliklərdən, eləcə də yanvarın 20-də Ağ Evə yenidən qayıdacaq Donald Trampın seçilməsindən gedir. Tramp dəfələrlə söyləyib ki, İkinci Dünya Savaşından sonra Avropanın ən böyük savaşını 1-2 günə bitirə bilər.
Rusiyanın Ukraynaya qarşı aparıdığı savaş 2025-ci ildə bitəcəkmi?
Savaşın sonu davamlı sülh sazişi anlamı verirsə, bir çox təhlilçinin fikrincə, elə saziş olmayacaq. Bir səbəbi Rusiya prezidenti Vladimir Putinin bunu istəməməsidir. Bu, rəsmi Moskvanın Ukraynada hökmranlığını təmin edən durum yaransa, mümkün ola bilər. Ancaq hadisələrin belə cərəyan etməsi Ukrayna və onun xaricdəki tərəfdaşları üçün qəbuledilməz olacaq.
Ekspertlərin dediyinə görə, Putin Rusiyanın Ukraynanı daim təhdid etməsini, Qərbə də meydan oxumasını istəyir. Moskvanın gözündə sivilizasiyaların qarşıdurmasında Qərb təcavüzkar rolunu oynayır.
Ukraynalılar ərazilərinin bir bölümünün rəsmən Rusiyaya verilməsini və törətdiyi cinayətlərə görə Kremlin məhsuliyyətə cəlb edilməməsini nəzərdə tutan sülh sazişini istəmirlər.
“Fikrimcə, biz savaşın sonundan çox-çox uzaqdayıq”, – Londondakı Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun Rusiya və Avrasiya üzrə baş elmi işçisi Naycel Qould-Devis belə deyib.
Ancaq Trampın savaşı tezliklə bitirəcəyinə dair açıqlamaları fonunda, atəşkəsə meyllər anlaşılandır. İndi danışıqlar keçirmək ehtimalı bir sıra cəhdlərin göstərildiyi tammiqyaslı savaşın əvvəllindəki dövrdən daha yüksəkdir.
"Mərc gələrdim ki, Tramp rusiyalıları və ukraynalıları həm bir-biriylə, həm də ayrılıqda özüylə danışmağa məcbur edə biləcək”, – Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Olqa Olikerin AzadlıqRadiosuna söylədikləridir.
"Fikrimcə, 2025-ci ildə gizli, ya açıq danışıqlarla birgə, de-yure olmasa da, de-fakto atəşkəs izləyəcəyik”, – London Kral Kolleci Rusiya İnstitutunun professoru və Avropa Siyasəti Təhlili Mərkəzində demokratik dayanıqlıq üzrə direktoru Sem Qrin AzadlıqRadiosuna belə deyib.
Ərazi və güvənlik
Atəşkəsin gözəgörünməz bir çox tərəfi var. Ukraynanın müdafiəsini təmin etmək üçün təcavüzkarın dayandırılmasına yönəlmiş səmərəli üsullar yaradılmayınca, Rusiya ordusu yenidən qruplaşıb hücuma keçə bilər.
Üstəlik, hər bir sazişdə olduğu kimi, tərəflər çox önəmli məsələlərdə barışmaz mövqe tuturlarsa, demək, məsələlərə baxışda diametral fərqləri var.
Onlardan biri ərazidir. Atəşkəs barədə saziş ehtimalı yüksəkdir, axı Olikerin fikrincə, “Rusiyanın döyüş meydanında asta və çox baha başa gələn, amma aramsız irəlləyişləri fonunda Ukrayna “yorğun və əldən düşmüş kimidir”. Bu üzdən, Ukrayna keçici və qeyri-rəsmi olsa da, rusiyalıların tutduğu ərazilərin de-fakto nəzarətləri altında qalmasını nəzərdə tutan sazişə hazır ola bilər.
Ancaq Putin bunu yetərsiz saya bilər. O da, başqa rəsmilər də bildiriblər ki, Ukraynanın dörd vilayəti, o sıradan onların Ukrayna ordusunun nəzarəti altındakı hissələri də Rusiyaya keçməlidir. Bu, rəsmi Kiyev üçün qəbuledilməzdir.
Daha böyük əngəlsə Ukraynadan ötrü ciddi və effektiv güvənlik zəmanətlərinin tələb edilməsidir.
Rusiya birmənalı şəkildə Ukraynanın NATO-ya üzv olmasına qarşıdır. Bu, Rusiyanın tammiqyaslı savaşa başlamamaq üçün irəli sürdüyü tələblərdən biri idi. Təhlilçilərin fikrincə, Putin Qərbin hərbi alyansına Ukraynanın hətta virtual üzvlüyünü nəzərdə tutan istənilən sazişə qarşı çıxacaq.
“Əgər Kiyevin Qərb tərəfdaşları bu tələblə bağlı zəmanət verməsə, bu, Putin üçün qəbuledilməz olacaq”, - Qould-Devisin sözləridir. “Bunu təsəvvür etmək olduqca çətindir”, – həmin ekspertin hər iki tərəfi qane edəcək güvənlik zəmanətləri barədə fikri belə olub.
"Onun qələbə nəzəriyyəsi"
Son həftələrdə əsas müzakirə mövzularından biri atəşkəsin pozulacağı halda Qərb qoşunlarının Ukraynaya göndərilməsi perspektividir. Ancaq bu məsələ ilə bağlı Avropada fikir ayrılıqları var və qoşunların gəlməsinə Rusiya da sevinməyəcək.
"Kreml Qərb qoşunlarını, özəlliklə NATO hərbçilərini atəşkəsə nəzarət xəttində görmək istəməyəcək", – Qrin deyib, çünki “Rusiya bu məsələdə təşəbbüsü öz əlində tutmaq, eskalasiyanın vaxtını özü müəyyənləşdirmək, hamını, o sıradan Qərbdəki ukraynalıları çox dalğalı durumda saxlamaq istəyəcək”. Sonra o deyib:
“Sual budur ki [Kiyev və Qərb], Moskvanı elə bir mövqeyə sala biləcəklər ki, belə bir sazişlə razılaşmaqdan başqa çarəsi qalmasın?”.
Rusiya döyüş meydanında irəlilədikcə, qorxulu işartılar olsa da, iqtisadiyyatı dağılmadıqca, Qərbin Ukraynaya dəstəyinin gələcəyi ilə bağlı qeyri-müəyyənlik qaldıqca belə bir perspektiv hələ də uzaqdadır.
“İndi Putin onun qələbə nəzəriyyəsinin öz təsdiqini tapdığını düşünür. Rusiya uzunmüddətli perspektivdə daha kiçik rəqibiylə münasibətdə xərc və itkilərə tab gətirəcək qədər böyük və sərtdir. Beləcə, Ukraynanı hərbi, Qərbi də siyasi anlamda üstələmək mümkün olacaq”, – Qould-Devisin fikridir.
"Durumu dəyişdirə və Putini gələcəyə başqa cür baxmağa məcbur edə biləcək tək yol odur ki, Tramp administrasiyası Putinə gerçək və önəmli basqı göstərsin. Savaş xərclərinin artımıyla bağlı hədə-qorxu Putini öz rejiminin güvənsiz ola biləcəyinə inandıra bilər",- yenə Qould-Devisin sözləridir.
Tramp Ukraynaya yardımın həcmindən həm Kiyev, həm də Moskvaya qarşı rıçaq kimi yararlanacağını iddia edib, di gəl, savaşı necə bitirəcəyi barədə çox az danışıb.
Trampın Ağ Evə qayıtmasını gözləyən Putin, həmişə olduğu kimi, ikili oyun oynayır. O, sanki hər kəlməsində daban-dabana zidd mesajlar göndərir. Putin bir yandan Rusiyanı konstruktiv və güzəştlərə hazır biri kimi qələmə verir, o biri yandan da Kiyev və Qərbin gözündə məqbul sayıla biləcək istənilən razılaşmaya maneələr yaradır.
Dekabrın 19-da canlı yayım zamanı Putin bildirdi ki, Rusiya Ukraynayla bağlı kompromislərə hazırdır, ancaq bunun əksini göstərən bir neçə şərtini də dilə gətirdi.
"Savaş sayəsində diri qalan Rusiya iqtisadiyyatı"
Birincisi, o, Ukrayna prezidenti Volodimir Zelenskini qeyri-legitim lider kimi təqdim etdi və onunla heç bir saziş imzalamayacağını bildirdi. İkincisi, danışıqlar İstanbul anlaşması kimi tanınan çərçivə razılaşmasına dayanmalıdır. Sonuncunu tammiqyaslı təcavüzdən bir neçə ay öncə ikitərəfli danışıqlar nəticəsiz bitdiyindən ictimailəşdirdilər.
"Putinin dediyi odur ki, Ukrayna NATO üzvü olmayacağıyla yanaşı, həm də silahsızlanmalıdır. Bu da onu Rusiya üçün olduqca asan hədəfə çevirəcək”, – Rusiya üzrə təhlilçi Mark Qaleotti belə deyib.
Qrinin fikrincə, Rusiya "zorakılıq dərəcəsini azaltmağa" və atəşkəs haqqında düşünməyə hazır ola bilər. Bundan ötrü Putin əmin olmalıdır ki, Moskva yenə Ukraynanı təhdid etməyə və Qərblə qarşıdurmanı saxlamağa davam edə bilər. Putin bunu öz hakimiyyətinin bəlli bir özəlliyinə çevirib.
“Hazırda Rusiya iqtisadiyyatı yalnız savaş sayəsində diri qalıb. Rusiya siyasi sistemi savaş ətrafında qurulub. Bu, mərkəzləşmə, repressiya, ideoloji nəzarət səviyyəsinə haqq qazandırır və onu açıqlayır. Kreml bunlardan üz döndərmək istəməyəcək”, - Qrinin bu sözləri AzadlıqRadiosunda dilə gətirib və fikrini davam etdirib:
"Rusiya atəşkəsə meylli olsaydı belə, düşünürəm ki, indi Ukrayna və bütövlükdə Qərblə qarşıdurmanın səviyyəsini qorumağa çalışacaq".
Təbliğat baxımından Putin və bütövlükdə Kreml özlərinə ritorik davranışlar üçün xeyli sərbəstlik verib. ”Onlar qələbəni müvəqqəti, yarımçıq ya ayrı-ayrı yollarla müəyyənləşdirə bilərlər", – yenə Qrinin AzadlıqRadiosuna dediyi sözlərdir.
'Böyük yanlış”
Olqa Oliker müzakirələrin baş tutacağı halda, Rusiyanın ərazi və digər məsələlərlə bağlı mövqeyinin heç də sazişin imzalana bilməməsi anlamına gəlməyəcəyini də vurğulayıb:
"Danışıqlara başlamağın öz faydası var. Bu zaman tərəflər dilə gətirmədiyi güzəştlərə getməyə hazır ola bilər. Siz həmişə ən böyük gözəntilərlə danışıqlara gedirsiniz və bunu etməmək axmaqlıq olardı".
Ola bilər, 2025-ci ildə razılıq baş tutmasın. Amma danışıqlar aparılsa və saziş əldə olunsa, təhlilçilər deyirlər ki, Qərb ölkələri bir-birini təbrik etməli və məsələnin bitdiyini düşünməlidir.
"Hər hansı atəşkəs razılaşmasına Avropanın reaksiyası istər Ukrayna, istərsə Avropanın özü üçün olduqca önəmli sayılacaq", - Londondakı Kral Kollecinin Savaş Araşdırmaları Bölməsinin baş mühazirəçisi Rut Deyermond AzadlıqRadiosuna belə deyib.
"Bir çox dövlət ölkədaxili siyasi böhranlarıyla əlləşərkən (çox vaxt Rusiya tərəfindən qızışdırılan), savaşın sonu onlarda Rusiya ilə münasibətləri yenidən qurmaq istəyi yarada bilər. Bu, böyük səhv olardı… Rusiya bundan sonra da Avropa güvənliyinə ən ciddi təhlükə sayılacaq", – o, sözlərinə əlavə edib.
Ukraynada savaş 2025-ci ildə bitəcəkmi?