Türkiyənin yüksək rütbəli kəşfiyyat zabiti Suriyanın şimalında öldürülüb

Suriya mənbələri Suriyanın şimalında bir türk zabitinin öldüyünü bildirib.

Suriya mənbələri bu şənbə günü bir türk zabitinin Suriyada Tişrin bəndi yaxınlığında öldürüldüyünü açıqlayıb. 

Bu mənbələr bildiriblər: Əksəriyyəti suriyalı olan qondarma milli ordu qüvvələri Suriyanın şimalındakı Tişrin bəndinin ətraflarında çoxlu sayda ölü və yaralı ilə nəticələnən pusquya düşüb. 

Adıçəkilən mənbələr vurğulayıblar: Ölənlər arasında Ankaranın rəhbərlik etdiyi Milli Ordunun ünsürlərinin qabaqcıl əməliyyatlarına nəzarət edən Türkiyə Hərbi Kəşfiyyat Xidmətinə bağlı bir zabit də var. İlkin məlumata görə, bu zabitin rütbəsi polkovnikdir. 

Bu mənbələr bildiriblər: Türkiyə Suriyadakı müttəfiqləri ilə eroziya vəziyyətindədir. Türkiyə Vaşinqtonun dəstəklədiyi kürdlərin nəzarəti altında olan şəhər və bölgələrə nəzarət etməyə çalışır. 

Bu çərçivədə Suriya Demokratik Qüvvələri, bu qruplaşmaya bağlı Harun birliklərinin Mənbicin cənub-şərqində türk ordusuna məxsus sursat daşıyan maşını məhv etməyə müvəffəq olduğunu açıqlayıb. 

SDQ həmçinin əlavə edib: Suriya ordusunun dəstəklədiyi Suriya qüvvələri ilə Mənbic şəhərinin cənubunda və şərqində baş verən qarşıdurma zamanı Türkiyəyə bağlı 72 Suriya qüvvəsi öldürülüb, onlarla şəxs yaralanıb. 

ABŞ-ın dəstəklədiyi SDQ qruplaşması Suriyanın şimal-şərqinə nəzarət edir və Türkiyə ilə yaxşı münasibətləri yoxdur. Türkiyəyə yaxın Suriya silahlı müxalifətinin üstünlüyü və bu qrupun yüksək səviyyəli rəsmilərinin Amerika təmsilçiləri ilə görüşü ilə SDQ-yə təzyiqlərin artacağı gözlənilir.