Dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun işi üzrə proses davam edib. İclasda istintaq materiallarındakı sənədlər tədqiq edilib.
Yaqublu evindəki axtarışla bağlı protokolu qurama adlandırıb, döşəyin altından tapılan pulların ora polislər tərəfindən qoyulduğunu deyib,əmin pullarda ancaq onun barmaq izlərinin aşkar edilməsi barədə ekspertiza rəyinə diqqət çəkib. Bildirib ki, bu, cinayət işinin saxta olmasının daha bir sübutudur və son sözündə bütün ittihamları darmadağın edəcək.
Yaqublu ötən ilin dekabr ayında, dələduzluq və saxta sənəd hazırlama ittihamlarıyla həbs edilib. Özü ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu bildirir.
ToplumTV
Tofiq Yaqublunun məhkəməsi davam edib