Milli Şura və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublu onun işi üzrə istintaqı aparmış Nərimanov rayon Polis İdarəsinin müstəntiqi Abdulla Cəlillinin məhkəməyə gəlməsini tələb edir. Siyasətçi deyir ki, onunla bağlı cinayət işində saysız-hesabsız saxtakarlıq və ziddiyyətlər var. Müstəntiq gəlib bunların necə yarandığını izah etməlidir.
T.Yaqublu müstəntiqin çağrılıb dindirilməsi barədə dekabrın 29-da öz məhkəməsində vəsatət qaldırıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İndi məhkəmə prosesində sənədlərin araşdırılma mərhələsidir.
T.Yaqublu və onun vəkilləri məhkəmədə vəsatətlər veriblər ki, mobil operatorlardan anten bilgiləri alınsın. Söhbət Almaniyaya getmək istədiyini və bundan ötrü pul verdiyini iddia edən Elşən Hüseynov və həmin pulu gətirib T.Yaqubluya verdiyini deyən Elnur Məmmədovla bağlı bilgilərdən gedir.
Siyasi fəal bildirir ki, ona pul verildiyi iddia edildiyi gün və saatda Milli Şuranın iclasında olub, yəni Elnur Məmmədov ona böhtan atır.
"Mənim şərlənməyim üçün sxem qurublar"
Prokuror əleyhinə olsa da, hakimlər telefon anten bilgilərinin mobil operatorlardan alınmasıyla bağlı vəsatəti təmin edib.
"Elnur Məmmədovla Elşən Hüseynov arasındakı "Whatsapp" yazışmalarına aydınlıq gətirsin. O yazışmalardan görünür ki, bunlar mənim şərlənməyim üçün sxem qurublar. Evimdə axtarış vaxtı həyat yoldaşım Maya xanım protokola qol çəkməyib ki, o pullar bizim evdə olmayıb. Bu isə gəlib mənə deyir ki, yoldaşın pul məsələsini təsdiqlədi. Evimizdən götürülən telefonları, internet modemini neyləyiblər?", - T.Yaqublu müstəntiqin dindirilməsi haqda vəsatət qaldırarkən bunları deyib.
Müstəntiqin çağrılıb dindirilməsinə prokuror da etiraz etməyib. Amma hakimlər müstəntiqi çağırıb dindirmək barədə vəsatəti baxılmamış saxlayıblar.
"O məsələlərə görə ki siz onun dindirilməsini istəyirsiniz, onlar hələ məhkəmədə tədqiq olunmayıb. Tədqiq olunsun, sonra baxılacaq", - hakim Elnur Nuriyev qərarı belə əsaslandırıb.
T.Yaqublu, eləcə də onunla birlikdə mühakimə olunan E.Məmmədovun məhkəməsi yanvarın 10-da davam edəcək.
Xatırlatma
T.Yaqublu ötən il dekabrın 14-də saxlanılıb. Ona qarşı dələduzluq, saxta sənəddən istifadə kimi ittihamlar irəli sürülüb. Siyasi fəala ittiham verilən maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.
T.Yaqublu daha öncə də bir neçə dəfə həbsdə olub. O, 2013-cü ildə İsmayıllıda kütləvi iğtişaşların təşkilində, 2020-ci ildə xuliqanlıqda suçlanıb, elə başqa ittihamlarla da həbsdə olub. Siyasi fəal bütün ittihamları rədd edir, şəxsən prezident İlham Əliyevin sifarişiylə cəzalandırıldığını bildirir.
Bir sıra yerli və beynəlxalq insan haqları təşkilatı onun adını siyasi məhbus siyahılarına daxil edib.
Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etməyərək deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə cəzalandırılıblar.
AzadlıqRadiosu
Tofiq Yaqublu istintaqını aparmış müstəntiqin məhkəməyə gəlməsini tələb edir