Hər cür sabit tablonun yaradılmaq cəhdinə baxmayaraq, hələlik üç hissəyə bölünən Suriyanın vəziyyətində xüsusi heç bir şey dəyişmir. Daxili qarşıdurmalar fonunda bütün hərbi infrastrukturu az qala İsrail tərəfindən hər gün bombalanan ölkəyə Amerika hərbi qüvvələrinin gizlin yerləşdirilməsi öz axarı ilə davam edir. "Qaçqınları geri qaytarma" adı ilə ölkənin bir hissəsini artıq illərdir nəzarəti altında saxlayan Türkiyənin digər bölgülü tərəfi rəsmiləşdirmək üçün göstərdiyi dəstək isə ölkənin acı taleyini daha çətin sabahlara daşıyır.
Azərbaycan da daxil olmaqla, yardımlara maraqlı ölkələrin təsir dairələrində Suriyanın müqəddəratı hələlik qaranlıq olaraq qalır. Dünyanın qüdrət sahibləri ölkələrindən nümayəndələrin Suriyaya ardıcıl səfərləri bu ölkənin hələ də bir çoxları üçün narahatlıq mərkəzi olaraq söyləntilərə əsas verir. İsrailin bu ərazini durmadan bombalaması isə birmənalı vəziyyətin etibarlı olmaması səbəbindəndir. Görünən budur ki, qonşuluğunda qurulmaqda olan yeni idarəçilik əsasları İsrail üçün də etibarlı deyil.
Bütün bunlar təkcə İsraili narahat etmir. Lakin mümkün versiyada İsrail görünən və hədəfdə olan tərəf kimi müttəfiqlərin maraqlarını ifadə edir. Nəticədə isə o, müttəfiqlərinin razılığı əsasında Suriyaya hərbi müdaxilə edərək, onu az qala hər gün bombalayır.
Bəlli olaraq Əsəd rejiminin təhlükəsini dünyaya nağıl oxuyan İsrailin zamanla bu ölkəni atəşə tutmasına hansısa bir ad vermək olardı. Lakin indi nə Əsəd var, nə də ona dəstək nümayiş etdirən ordu var. Belə olan halda İsrail (görünən tərəf olaraq) Suriyanın hərbi infrastrukturunu nədən durmadan məhv etməyə maraqlı olsun ki? Nəticədə hal-hazırkı qüvvələr elə İsrailin də marağını əks etdirən tərəf olaraq iş başındadır. Görəsən, İsrail və müttəfiqlərini indi nə narahat edir?
İlk öncə İsrail ərazisinə soxulduğu və sürətlə torpaqlarını həmişəki siyasətinə müvafiq olaraq qəsb etdiyi Suriyanın torpaq iddiasına nöqtə qoymaq üçün bu günün hərbi müdaxiləsi səbəb olaraq göstərilə bilər. Lakin çox da məntiqli görünməyən Suriya əks hücumu İsrailin bu ərazilərə zərbəsi zamanında da effektiv olmayıb deyə, bu, inandırıcı səslənmir.
İsrailin bölgüdən yararlanma siyasətinə müvafiq olaraq zaman qazanmaq üçün hərbi gücü çökdürmə fikri də məntiqli səslənmir. Suriyanın hərbi gücünün haçansa İsrailə güc göstərmək iqtidarında olmaması sabah üçün də eyni səbəbləri ortaya qoyur deyə, bu da məntiqli deyil.
Bu məqamda müttəfiq öıkələrin Suriyada heç bir əsaslanma aparmadan, potensialı dəyərləndirilmədən hazırkı idarə sisteminə dəstək göstərməsi də eyni narahatlığın təzahürü sayıla bilər. Unutmayaq ki, Colanı artıq on ildən çox bir zamandır ki, dünyanın terrorçuları sırasında yer alan simadır. Elə bir ciddi hadisənin baş vermədən onun mövqeyində böyük dövlətlərin korrektə aparması məlum daha böyük qorxunun önlənməsi siyasətini aşkar nümayiş etdirir.
Hegemon dövlətlərin ciddi cəhdlə durumlarından narahat olduqları suriyalıların vəziyyətindəki sıxıntı narahatlığı qanunla bu dövlətləri illərdir narahat etməli idi. Hətta Əsədin belə rəhbərliyi dövründə bu insanların ehtiyacları üçün bu gün canfəşanlıq edənlər, o gün də bu addımı atsaydılar, şübhəsiz Əsəd bunu geri çevirməzdi. Lakin bu gün qiymət qazanan dünənin suriyalısına mərhəmət arxasında gizlənən satınalma da başqa bir qorxunun varlığını ortaya qoyur.
Nəticə səbəblər toplusunda Suriyanın çoxsaylı sahiblərinin maraqlarına baxmayaraq, hər birinin qorxu və həyəcan yaşaması kimi fobiyanı göstərməkdədir. Bəlli ki, Türkiyə, ABŞ, İsrail daxil bölüşdürücü güclərin hər biri mövcud vəziyyətin hər zaman arzulanmaz bir dəyişiklik yaşaya biləcəyi təhlükəsini anlayırlar. Həm də bu, təkcə təhlükəni anlamaq deyil, onu yetərli yaxın və güclü bir tərəf olaraq dəyərləndirmələri mümkün narahatlıq səbəbidir.
Əsas məsələ olaraq onların hansı təhlükəni görüb narahat olduqlarını, bunun hansı həddə qədər təhlükəli olmasını görmək üçün zamana ehtiyac var.
Suriya niyə dünya güclərinin diqqət mərkəzindədir?