Səudiyyəli şeyx İbni Bazin fətvası onun İsrailə dəvətinə səbəb oldu

Müsəlmanları soyqırım edən İsraillə savaşmağın caiz olmadığını və HƏMAS-ın terror təşkilatı olaraq  barəsində fətva verən Səudiyyə Ərəbistanı müftisi Şeyx Əbdüləziz ibn Abdullah Əl Bas verdiyi fətva səbəbindən İsrailin rabitə naziri Eyyub Kara tərəfindən İsrailə dəvət edilib. Səudiyyə Ərəbistanı Üləma Komitəsinin üzvü İbn Bazın dəvəti İsrailin ona minnətdarlıq etmə səbəbinə görədir. İsrailli nazir Şeyxin fətvasına görə ona təşəkkür edib və İbn Bazı ölkəsinə dəvət edib.

İsrailin Druz əsilli naziri Eyyub Kara öz Twitter hesabında: “Səudiyyə Ərəbistanının müftisi və Üləma Komitəsinin sədri Əbdüləziz Əl-Şeyxi yəhudilərlə döyüşməyi və onları öldürməyi qadağan edən fətvasına görə ona təşəkkür edirik. Şeyx öz fətvasında HƏMAS-ı terror təşkilatı olaraq tanıyıb" deyə paylaşım edib. “Mən müftiyi İsrailə səfərə dəvət edirəm. O, yüksək səviyyədə hörmətlə qarşılanacaq” deyə nazir bildirib.

Xatırladaq ki, ötən iyul ayında Səudiyyə müftisi Əbdüləziz Əl Şeyx yerli televiziya kanalından birində iştirak etdiyi proqrama qoşulan tamaşaçıların Məscidül-Əqsada baş verən hadisələrlə bağlı sualına verdiyi cavabda: “...İsrailə qarşı döyüşmək caiz deyil. HƏMAS bir terror təşkilatıdır və Hizbullaha qarşı İsrail ordusu ilə əməkdaşlıq edilə bilər” deyib.