Sərhədsiz Reportyorlar (RSF) jurnalistlərə qarşı cinayətlərə dair illik hesabatında 2024-cü ildə dünyada jurnalistlərə qarşı hücumlarda, xüsusən də münaqişə zonalarında “həyəcan verici intensivləşmə”nin olduğunu vurğulayır.
1 yanvar-1 dekabr tarixlərini əhatə edən hesabatda bu il 54 jurnalistin iş başında qətlə yetirildiyi, 550 jurnalistin həbs edildiyini bildirilir. Bununla yanaşı, 55 jurnalist əsirlikdə, 95 jurnalist isə itkin hesab edilir.
Hesabata əsasən, həyatını itirən jurnalistlərin əksəriyyəti münaqişə zonalarında öldürülüb və Qəzza son beş ildə işlərinə görə öldürülən ən çox jurnalistlə dünyanın ən təhlükəli bölgəsi kimi seçilir. 2023-cü ilin oktyabr ayından bəri 145-dən çox jurnalist, o cümlədən ən az 35 jurnalist peşə fəaliyyətini yerinə yetirərkən öldürülüb.
Bu il dünyanın digər regionlarında da, o cümlədən İraq, Sudan, Myanma və Ukraynada münaqişələri işıqlandıran jurnalistlər hədəfə alınıb.
Pakistanda təkcə bu il 7 jurnalist sui-qəsd nəticəsində öldürülüb, Banqladeşdə iyul ayında baş verən etirazların zorakılıqla yatırılması nəticəsində isə 5 jurnalist həyatını itirib.
“Jurnalistlər ölmür, öldürülür, onlar həbsdə deyillər, rejimlər onları həbs edib, onlar itmirlər, oğurlanırlar. Çox vaxt hökumətlər və silahlı qruplar tərəfindən tam cəzasızlıqla təşkil edilən bu cinayətlər beynəlxalq hüququ pozur və çox vaxt cəzasız qalır”, təşkilatın baş direktoru Tibo Brüttan deyib.
Digər tərəfdən, Çin “jurnalistlərin ən böyük həbsxanası” ünvanını qoruyub. Bu ölkədə, 11-i Honq Konqda olmaqla, 124 jurnalist həbsdədir. Myanma (61), İsrail (41), Belarus (40) və Rusiya (38) sıralamada növbəti yerləri tutur.
Hesabatda Azərbaycanda bu ilin martın 8-də həbsdə edilən Toplum TV-nin direktoru və həmtəsisçisi Ələsgər Məmmədlinin xərçəng şişindən əziyyət çəkdiyi və səhiyyə xidmətlərindən kifayət qədər yararlana bilmədiyi üçün səhhətinin kəskin şəkildə pisləşdiyi qeyd edilir.
Sərhədsiz Reportyorların hesabalamasına görə, bu gün Azərbaycanda özbaşına saxlanılan azı 20 jurnalist var. Onların çoxu ötən həftə sonu həbs edilən Meydan TV əməkdaşları kimi valyuta qaçaqmalçılığında ittiham olunur.
Dekabrın 10-da yaydığı bəyanatda Sərhədsiz Reportyorlar həbsləri Azərbaycan hakimiyyətinin öz tənqidçilərini susdurmaq üçün apardığı “sistematik strategiyanın” bir hissəsi adlandıraraq jurnalistlərin dərhal azad edilməsinə çağırıb və beynəlxalq ictimaiyyətin Azərbaycanda “əsas hüquqların sistematik pozuntularına” göz yummamalı olduğunu vurğulayıb.
Ötən bir il ərzində Azərbaycanda jurnalistlərə və fəallara qarşı təqiblərin dayandırılmasına dair çoxsaylı beynəlxalq çağırışlara baxmayaraq, rəsmi Bakı çağırışları “Azərbaycanın daxili işlərinə, istintaq prosesinə və məhkəmə hakimiyyətinin müstəqilliyinə müdaxilə” kimi qiymətləndirir.
Fikir və mətbuat azadlığının hədəf alınması, jurnalistlərin siyasi motivlərlə əsassız yerə həbs edilməsi ilə bağlı ittihamları rədd edən azərbaycanlı rəsmilər, ölkədə fundamental hüquq və azadlıqların, eləcə də media azadlığının “tam olaraq” təmin edildiyini vurğulayır.
Azərbaycan Sərhədsiz Reportyorların 2024-cü il Qlobal Mətbuat Azadlığı İndeksində media azadlığı sahəsində 180 ölkə arasında 164-cü yerdə qərar tutub.
Amerikanın Səsi
Sərhədsiz Reportyorlar 2024-cü ildə jurnalistlərə qarşı hücumların artdığını bildirir