“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi siyasi məhbusların yeni siyahısını dərc edib. Siyahıya görə, bu il sentyabrın 23-dən dekabrın 12-dək Azərbaycanda siyasi məhbusların sayı 17 nəfər artaraq 331 nəfərə çatıb. Belə ki, sentyabrın 23-də 319 nəfərin adı siyahıya daxil edilib. İndiyədək onlardan 5 nəfəri həbsdən azadlığa buraxılıb, daha 17 nəfər həbs edilib.
Yeni həbs edilənlərin əksəriyyəti “Meydan TV” internet nəşrinin əməkdaşları, digər media işçiləri, hüquq müdafiəçisi Rüfət Səfərov, politoloq Azər Qasımlı və dinarlardır.
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin məlumatında deyilir ki, siyahıya 12 dekabr tarixinədək haqqında etibarlı məlumat toplamaq mümkün olan siyasi səbəblərə görə həbs edilmiş və məhkum edilmiş bütün şəxslər daxildir.
“Siyasi məhbusların siyahısı mütəmadi olaraq yeni həbslər və məhkumluqlarla yenilənəcək. Rejim repressiyaları davam etdirir”, deyə məlumatda qeyd edilir.
Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərədindən hazırlanıb.
Yeni siyahı 11 qrupdan ibarətdir və 331 nəfəri əhatə edir.
- jurnalistlər və blogerlər - 25 nəfər;
- hüquq müdafiəçiləri – 4 nəfər;
- müxalifət partiyalarının və vətəndaş cəmiyyətinin üzvləri - 30 nəfər;
- milli azlıqların fəalları – 3 nəfər;
- müharibə əleyhinə fəallar – 2 nəfər;
- Söyüdlü kəndində iş – 2 nəfər;
- Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər - 5 nəfər;
- dindarlar – 233 nəfər;
- Tərtər işi üzrə məhkumlar - 4 nəfər;
- Gəncə işi üzrə məhkumlar - 12 nəfər;
- ömürlük həbs cəzası - 11 nəfər.
Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.
Müəlliflər bildirirlər ki, siyahı Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2012-ci ilin oktyabrında keçirilən sessiyasında qəbul edilmiş 1900 nömrəli müvafiq qətnamədə müəyyən edilmiş “siyasi məhbus” anlayışının müəyyənləşdirilməsi meyarlarına əsasən tərtib edilib.
Turan.az
Siyasi məhbusların yeni siyahısı - 331 nəfər