İranın futbol üzrə milli komandası yayda keçiriləcək dünya çempionatında ABŞ-ni boykot etmək şərtilə iştirak etməyi planlaşdırır.
Bunu İran Futbol Federasiyasının prezidenti Mehdi Tac bildirib.
İyunun 11-dən iyulun 19-a qədər davam edəcək turnirdə İran millisinin qrup mərhələsindəki oyunlarını ABŞ-də keçirməsi gözlənilirdi. Tac isə deyib ki, federasiya oyunları Meksikada keçirmək üçün Futbol üzrə Beynəlxalq Federasiyalar Assosiasiyası (FIFA) ilə danışıqlar aparır.
ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi çempionatda İranın qrup mərhələsində Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşması gözlənilir.
Martın 17-də Meksika prezidenti Klaudia Şeynbaym bildirib ki, ölkəsi İranın oyunlarına ev sahibliyi etməyə hazırdır, lakin bu barədə son qərarı FIFA verəcək.
İran dünya çempionatına qatılacağını, lakin ABŞ-ni boykot edəcəyini deyir