“Hörmüz boğazı İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmiləri üçün açıqdır”

İran prezidenti Məsud Pezeşkian öz “X” hesabında Hörmüz boğazının açıq olduğunu yazıb və eyni halda o, buradan yalnız İran sərhədlərini pozan ölkələr istisna olmaqla, bütün ölkələrin gəmilərinin keçməsinə heç bir maniə olmadığını bildirib.

Xatırladaq ki, İsrail və Amerikanın İrana hücumundan sonra İran Hörmüz boğazını qısmən məhdudlaşdırıb.