Livanlı sünni alimləri İrana hücuma reaksiya veriblər

Livanlı sünni alimləri birliyə, müqavimətə dəstək olmağa çağırdılar və İrana hücumu qınayıblar.

Görüşdə iştirak edən alimlər İran İslam Respublikasının ABŞ və sionist qurumunun təcavüzünü dəf etmək, müqavimət göstərmək və qələbə qazanmaq üçün özünü münasib hesab etdiyi bütün vasitələrlə müdafiə etmək hüququnu vurğulayıblar.

Livandakı aparıcı sünni alimləri bölgədəki gərginlik və İrana hücumlarla bağlı ictimai müraciət ediblər. Onlar xalqı birləşməyə, sıralarını gücləndirməyə və müqaviməti dəstəkləməyə çağırıblar.

Bəyanatda həmçinin İrana hücumlar qınanıb və onların bölgəni qeyri-sabitləşdirdiyi vurğulanıb. Alimlər sülhün və ədalətin qorunmasında sosial həmrəyliyin vacibliyini qeyd ediblər.