Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliya Sioni Patriarxlıq Məbədində dəfn edilib.
Dəfn mərasimindən əvvəl Sioni kilsəsində Patriarxın ruhuna dualar oxunub, xatirə mərasimi (panixida) keçirilib.
Mərhum Patriarx Sameba (Müqəddəs Üçlük) kafedralından Sioni məbədinə böyük izdihamın müşayiəti, “Səni sevirik, Patriarx!” şüarları və alqışlarla yola salınıb. Sameba kilsəsindən Sioni kilsəsinə qədər olan yol boyunca əllərində Gürcüstan bayraqları tutan hərbi qulluqçulardan ibarət fəxri qarovul düzülüb.
On minlərlə insanın iştirak etdiyi vida mərasiminə müxtəlif ölkələrdən və kilsələrdən yüksək səviyyəli nümayəndə heyətləri qatılıb. Onların arasında:
-
Ermənistan Prezidenti Vahaqn Xaçaturyan;
-
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova;
-
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə;
-
Vatikan və Rusiya kilsələrinin nümayəndə heyətləri;
-
Müxtəlif dini konfessiyaların rəhbərləri və rəsmi şəxslər yer alıb.
Qeyd edək ki, II İliya martın 17-də vəfat edib. Martın 18-dən etibarən Sameba kilsəsində təşkil olunan mülki vida mərasimində minlərlə vətəndaş iştirak edib. İnsan axını 24 saat fasiləsiz davam etdiyi üçün vətəndaşlar növbədə saatlarla gözləməli olublar.
Bu gün səhər saatlarında Sameba kafedralında keçirilən dini ayini Gürcüstan Patriarxlıq taxtının canişini, mitropolit Şio Muciri Müqəddəs Sinod üzvləri ilə birlikdə icra edib. Dəfn ayini isə Ümumdünya Patriarxı I Varfolomev tərəfindən yerinə yetirilib.
Xatırladaq ki, II İliya 1977-ci ildən Gürcüstan Pravoslav Kilsəsinə rəhbərlik edirdi.
Patirarx II İliya dəfn edilib