Misirdə yerləşən Quran qiraətçiləri (qariləri) muzeyi ziyarətçiləri qiraət (Quranın tilavəti) sənətinin tarixi ilə tanış etmək məqsədi daşıyır.
Burada sərgilənən eksponatlar və audio irs Misir yaddaşının mühüm hissəsini təşkil edir.
Muzey rəsmi olaraq 16 dekabrda açılıb və Qahirənin yaxınlığında yerləşən yeni inzibati paytaxtda – İslam Mədəniyyət Mərkəzindəki Dar əl-Quran əl-Kərim kompleksində fəaliyyət göstərir.
Muzeydə eksponatlar dörd əsas zalda nümayiş olunur. Buraya əlyazmalar və nadir artefaktlar, o cümlədən müxtəlif qiraətçilərə verilən sertifikatlar, eləcə də müxtəlif Quran nüsxələri daxildir.
Eyni zamanda burada Misir qiraət məktəbinin 11 görkəmli nümayəndəsinin şəxsi əşyaları saxlanılır. Onların arasında Məhəmməd Rifat, Əbdül Fəttah əş-Şaəşai, Taha əl-Fəşni, Mustafa İsmayıl, Mahmud Xəlil əl-Husari, Məhəmməd Siddiq əl-Minşavi, Əbu əl-Aynəyn Şuayşi, Mahmud Əli əl-Bənna, Əbdülbasit Əbdüssəməd, Məhəmməd Mahmud ət-Təblavi və Əhməd ər-Ruzeyki yer alır.
Eksponatlar olduqca müxtəlifdir: baş geyimləri, təsbehlər, xalatlar, kaftanlar, qalabiyələr kimi geyimlər, XX əsrə aid səs yazı cihazları, xatirə mükafatları, orden və medallar, həmçinin müxtəlif tədbirlərdə istifadə olunmuş şərflər sərgilənir. Zallarda qiraətçilərin ailələri ilə birlikdə çəkilmiş şəkilləri, təşəkkürnamələr və onların həyatındakı mühüm mərhələləri əks etdirən qəzet materialları da nümayiş olunur. Vizual materiallar audio yazılarla birləşdirilərək eksponatlar sadəcə əşyalar kimi deyil, onların həyat və peşə yolunun bir hissəsi kimi təqdim edilir. Bu səbəbdən muzey adi arxivdən daha çox, qiraət tarixinin “canlı sənədi” kimi çıxış edir.
Misirdə “Quran Qariləri Muzeyi” açılıb