İran hərbi rəsmisi: ABŞ özü-özü ilə danışıqlar aparır

Bunu İran Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığı “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü Ebrahim Zolfaqari söyləyib. Onun sözlərinə görə ABŞ özü-özü ilə danışıqlar aparır.

“İçinizdəki mübarizənin səviyyəsi artıq özü-özü ilə danışıqlar aparmaq səviyyəsinə çatıb”, - o qeyd edib.

Zolfaqari ABŞ-ın investisiyaları və müharibədən əvvəlki enerji qiymətləri yalnız Vaşinqtonun regionda sabitliyin İranın silahlı qüvvələri tərəfindən təmin edilməsini qəbul etdikdə geri qayıdacağını vurğulayıb.

“Özünün strateji gücü ilə öyünən ABŞ indi strateji fiaskoya uğrayıb. Əgər bu supergüc olmaq iddiasında olan ölkə çətin vəziyyətindən çıxmaq qabiliyyətinə malik olsaydı, bunu artıq edərdi. Öz uğursuzluğunuzu razılaşma adlandırmayın”, - o tövsiyyə edib.