Saxlanılan andan ailəsi ilə əlaqə qura bilməyən inanclının durumundan anası narahatdır

İnanclı Əlikiram Namazovun saxlanılan andan ailəsi ilə əlaqə saxlaya bilməməsi yaxınlarında ciddi narahatlıq yaradıb. Anası bununla bağlı Penitensiar Xidmətin qaynar xəttinə zəng vurub və onlar ananı Əlikiramın saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasına yönəldiblər. Martın 23-də təcridxanadan anaya oğlunun gün ərzində onlara zəng vuracağını desələr də bu baş verməyib.

Bu gün-martın 24-də ana növbəti dəfə təcridxanaya telefon açıb. Bu dəfə ona bildirilib ki, oğlunun zənglərinə qadağa var. Bunun üçün o, müstəntiqdən icazə kağızı alıb təcridxanaya təqdim etməlidir ki, Əlikiramın zənginə icazə verilsin. Ona nə səbəbə qadağa qoyulması bəlli deyil.

Məsələdən Əlikiramın vəkili Rəsun Cəfərov da xəbərdardır. O, bunula bağlı martın 19-da müstəntiqlə danışıb. Vəkil qərardan məhkəməyə şikayət edəcəyini bildirib. Bayram günləri ilə əlaqədar olduğu üçün şikayətin zamanı uzanır.

Problemin uzanması isə şərlənən tək oğlunun durumundan məlumat ala bilməyən ananın ciddi narahatlığına səbəb olub. Ana Penitensiar Xidmətin Baş İdarəsinə də oğlu ilə bağlı hər hansı bir xəbərin alınması üçün getməyi planlaşdırır.

Xatırladaq ki, Namazov Əlikiram Ehtiram oğlu martın 12-də Xırdalan polisləri tərəfindən saxlanılıb. Saxta narkotiklərlə bağlı ittiham irəli sürülən gənc martın 14 də Abşeron Rayon Məhkəməsi önünə çıxarılaraq barəsində həbsqəti imkan tədbirini seçib.

Saxlanılan andan inanclı ailəsi ilə heç bir əlaqə saxlaya bilməyib. Ailə onun vəziyyətindən, sağlıq durumundan narahatdır.