Tarix səhifələri İslamın qeyrət yükünü çiyinlərində daşıyaraq böyük düşmən seli qarşısında misilsiz fədakarlıq göstərmiş ölümsüz şəxsiyyətlərə şahidlik edir. Bu şəxsiyyətlər sırasında bir xalqın, bir millətin yaşaması naminə mübarizə aparanlarla yanaşı, bütün bəşəriyyətin və İslam dünyasının müdafiə yükünü çiyinlərinə alan qəhrəmanların yer alması danılmazdır.
İslama qarşı səfərbər olan və onun varlığını sarsıtmağa çalışan qüvvələr, hər cür məğlubiyyətə uğradıqdan sonra son addım olaraq bu müqəddəs dinə daxildən zərbə vurmaq planını həyata keçirməyə çalışdılar. Xəvaric–vəhhabilik cərəyanı İslamı dünyada qorxu, terror və dağıdıcılıq simasında təqdim etmək məqsədi ilə Qərbin düşünülmüş ideoloji mərkəzlərində hazırlanmış zəhərli bir axın idi.
Hər cür təchizat və dəstəklə təmin olunan bu irticaçı qruplaşmalar böyük himayə ilə İslam ölkələrinə yeridilərək aşkar vəhşiliklərə meydan açdılar. Medianın maraqları çərçivəsində işıqlandırılan bu qətllər vasitəsilə İslam dünyaya vəhşət saçan bir din kimi təqdim edilməyə çalışıldı və “Rəhman” və “Rəhim” olan bir dinin əsas ideyaları məqsədli şəkildə sual altına alındı.
Məhz belə bir zamanda — İŞİD, “Nüsrə”, “Əl-Qaidə” və digər vəhhabi-sələfi cərəyanların İslam səmasını od-alova bürüdüyü bir dövrdə — öz fədakarlığı ilə düşmənə sarsıdıcı zərbələr endirən və bu cərəyanların əsl mahiyyətini dünyaya tanıdan ölümsüz general Hacı Qasim Süleymani tarix səhnəsində yeni bir səhifə açdı.
Ümidlərin tükəndiyi, nəfəsin daraldığı o qaranlıq gecələrin üzərindən kədər pərdəsini qaldıran Süleymani, Qərbin maliyyə və siyasi dəstəyi ilə İslamı gözdən salmaq üçün səfərbər edilmiş bu qruplaşmalara ardıcıl zərbələr endirərək onların planlarını alt-üst etdi və arzularını puça çıxardı.
Bu gün yaxın tariximizi əhatə edən həmin qəhrəmanlıq salnamələri bu böyük sərkərdənin yaratdığı fədakarlıq və mübarizə nümunələri ilə zəngindir. Şübhəsiz ki, planların alt-üst edilməsi və Qərbin İslam əleyhinə düşünülmüş siyasətinin iflasa uğradılması Qasim Süleymanini onların ən böyük hədəfinə çevirmişdi.
Ali general Qasim Süleymani və “Həşdi-Şəbi”nin rəhbəri Mehdi Mühəndisin olduğu avtomobil ABŞ qüvvələri tərəfindən, Qərbin anti-İslam siyasəti çərçivəsində, 2020-ci il yanvarın 3-də hədəfə alınaraq partladıldı və onların şəhadətə çatmasına səbəb oldu.
Onlar şəhid oldular və bununla da bəşəri məsuliyyəti çiyinlərinə alaraq ölümsüzlük dastanına adlarını qızıl hərflərlə yazdırdılar.
Bu böyük şəxsiyyətləri dərin hüznlə anırıq. Allah onlara rəhmət eləsin.
- Müsəlman Birliyi Hərəkatı
Ölümsüz qəhrəmanları hüznlə anırıq