Rusiyalı hokkeyçi NHL-in tarixinə düşüb

"Vaşinqton" klubunun rusiyalı hokkeyçisi Aleksandr Oveçkin NHL-in tarixinə düşüb.

O, NHL tarixində ardıcıl 14 mövsüm ən azı 40 qol vuran ilk oyunçu olub.

39 yaşlı hokkeyçi bu göstəriciyə "Toronto" ilə matçda imza atıb.

Qeyd edək ki, "Toronto" - "Vaşinqton" qarşılaşması birincilərin 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.