Qüdsdə silahlı əməliyyat, ölən və yaralananlar var

Bu gün səhər İsrail mediası Qüdsün cənubundakı əl-Hadarda avtobusa silahlı hücumun həyata keçirildiyini bildirib. Sərnişin daşıyan avtobusa silahlı hücum nəticəsində 4 sərnişin yaralanıb.

Silahlı hücumun həyata keçirildiyi zaman avtobus Quş Etziondan Qüdsə doğru hərəkət edirmiş. İbrani mənbələri hücumçunun İordan çayının qərb sahilindəki Beytlehem şəhəri ilə Qüds arasındakı bölgəyə qaçdığını bildirir.

Məlumata görə, əməliyyat zamanı yaralananlardan birinin vəziyyəti ağırdır. Digər bir nəfər isə xəstəxana yolunda dünyasını dəyişdiyi bildirilir.

İsrail mənbələri avtobusa ən azı 22 Kalaşnikov gülləsinin atıldığını yazıb. Mənbələr onu da əlavə ediblər ki, əməliyyatın təşkilatçısı böyük ehtimalla Fələstin Muxtariyyətinə bağlı təhlükəsizlik güclərindən biridir.

Hadisədən sonra Fələstin mənbələri gecəki əməliyyatı təşkil edən Fələstin Muxtariyyətinin təhlükəsizlik qüvvələrinin zabitinin özünü səlahiyyətlilərə təqdim edərək təslim olduğunu açıqlayıb.