Papanın İsrailin Qəzzaya endirdiyi hava zərbələrinə reaksiya verib

Katoliklərin ruhani lideri və Vatikanın rəhbəri Papa Fransisk İsrailin Qəzzaya son hava hücumlarına reaksiya verərək, "Bu, müharibə deyil, zülmdür" deyib.

Papa Fransisk Milad bayramı üçün Vatikanda Papa Nazirlər Kabineti (Kuriya) ilə görüşdüyü toplantıda Qəzzadakı hadisələrə toxunub.

Katoliklərin ruhani lideri İsrailin Qəzzaya son hava hücumlarına toxunaraq, "Daha əvvəl Patriarxın (Kardinal Pierbattista Pizzaballa) Qəzzaya girməsinə icazə versələr də, sonradan onların uşaqlara bomba atması bizi üzdü. Bu, müharibə deyil, zülmdür" deyib.

Keçən ay nəşr olunan kitabın xülasəsində Papa Fransisk, "Bəzi ekspertlərin fikrincə, Qəzzada baş verənlər soyqırım xüsusiyyətlərini daşıyır. Bunun hüquqşünaslar və beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş texniki tərifə uyğun olub-olmadığı diqqətlə araşdırılmalıdır" söyləyib.

Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrail ordusunun Qəzzanın müxtəlif bölgələrində son 24 saatda həyata keçirdiyi hücumlarda 21 nəfərin həyatını itirdiyi, 61 nəfərin isə yaralandığı bildirilib.

Açıqlamada İsrailin son 10 gündə Qəzzaya təşkil etdiyi hücumlarda 422 nəfərin həyatını itirdiyi, 1738 nəfərin isə yaralandığı bildirilib.