Pakistanın Əfqanıstana endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 46-ya çatdı

Pakistan ordusunun Əfqanıstanın şərqindəki Paktika əyalətində həyata keçirdiyi bombardman nəticəsində əksəriyyəti qadın və uşaq olmaqla ən azı 46 nəfər həyatını itirib.

Əfqanıstandakı Taliban administrasiyası qonşu ölkədən qisas alacaqlarını açıqlayıb. Taliban Müdafiə Nazirliyinin sözçüsü Enayatullah Xorazmi bu hücumun beynəlxalq hüququn açıq şəkildə pozulması olduğunu bildirərək, “Əfqanıstan bu vəhşi hərəkəti hücum kimi qiymətləndirir. İslam Əmirliyi bu qorxaq hücumu cavabsız qoymayacaq", - deyib. 

Yerli sakinlər partlayışın Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarə tərəfindən həyata keçirildiyini iddia edirlər.

Hücumun hədəfi Pakistan Vəziristanından olan qaçqınların olduğu bildirilir.