Ənsarullah: İsrailə qarşı 13 əməliyyat keçirilib

Yəmənin Ənsarullah Hərəkatı bazar günü gecə elan edib ki, bu hərəkatın qüvvələri son 10 gündə İsrailə qarşı 13 hərbi əməliyyat keçirib.

Təşkilatın açıqlamasına görə, bu hücumlar Qəzzaya hərbi dəstək vermək məqsədi daşıyır.
Yəmən silahlı qüvvələrinin sözçüsü Yəhya Səri, əksəriyyəti İsrailin mərkəzindəki Təl-Əviv bölgəsini hədəf alan bu əməliyyatın təfərrüatlarını hesabatında açıqlayıb.
Sərinin sözlərinə görə, bu hücumlar dekabrın 19-dan şənbə gününə qədər, ultrasəs ballistik raketlərdən istifadə edilməklə həyata keçirilib.
Yəmən Ənsarullahı şənbə günü də "Fələstin 2" tipli ultrasəs ballistik raketi ilə İsrailin cənubundakı Negev bölgəsindəki Nevatim hava bazasını hədəfə alıb.
Yəmən silahlı qüvvələrinin məlumatına görə, bu hücum uğurla həyata keçirilib.