Şahin Şıxlinski sərbəst buraxılıb (yenilənib)

 

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski iyulun 1-də axşam saatlarında sərbəst buraxılıb.

Bu barədə "Unikal"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.

Bundan əvvəl Şahin Şıxlinskinin saxlanılaraq şahid qismində ifadə vermək üçün Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparıldığı barədə məlumat yayılıb.

Qeyd edək ki, “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyev və digər saxlanılan nümayəndələrin də sərbəst buraxıldığı bildirilir. 

 

____________________________________________________________________________________________________________________________________________________

 

Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski həbs edilib.

Voronejdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları regionun ən böyük Alekseyevski bazarının şərikli sahibi Yusif Xəlilovu, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski və oğlu Mutvali Şıxlınskini, həmçinin “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevi saxlayıblar.

Bu barədə Rusiya KİV-i məlumat yayıb. 

İnternetdə xüsusi təyinatlıların Xəlilovun malikanəsinə basqın edərək onu üzüstə yerə yıxdığı görüntülər yayılıb.

Xəlilovun Voronej vilayətindəki Azərbaycan diasporunun əməkdaşı olduğu bildirilir.

Hələlik başqa təfərrüatlar və ya rəsmi şərh yoxdur.