Musa Sədrin Suriya həbsxanasında olma iddiasına Sədr ailəsindən reaksiya

Bir müddət əvvəl sosial mediada İmam Musa Sədrin Suriya həbsxanasında olmasıyla bağlı iddialara Sədr ailəsi reaksiya verib.

İmam Musa Sədrin ailəsi aşağıdakı bəyanatı yayımlayıb:

“Sosial mediada yayılan, imamın Suriyadakı həbsxanalardan birində olduğu barədə iddialarla əlaqədar bildirmək istəyirik ki, bu xəbərlər heç bir əsaslı və ya mənbəyi məlum olan məlumatlara söykənmir və həqiqəti əks etdirmir.

Hər halda, biz vəziyyəti diqqətlə izləyirik və bütün hadisələri nəzarətdə saxlayırıq. Tam əminik ki, imam və onunla birlikdə olan Şeyx Məhəmməd Yaqub və jurnalist Abbas Bədrəddin hələ də Liviyada bir yerdə saxlanılır. Bu, hüquqi istintaq nəticələri və Liviya rəsmilərinin inqilabdan sonra verdikləri açıqlamalar, həmçinin 2014-cü ildə Livan və Liviya arasında rəsmi olaraq imzalanmış anlaşma memorandumu ilə sübut olunub.

İmamın ailəsi, imam və onun iki yoldaşının geri dönməsini gözləyən sevənlərin səmimi hisslərini yüksək qiymətləndirir və bu fürsətdən istifadə edərək, xüsusilə məhkəmə orqanlarını, Liviyanın rəsmi iş üzrə təqib komitəsi ilə əməkdaşlıq etməyə, memorandumun tələblərini yerinə yetirməyə, gecikmə və öhdəliklərdən boyun qaçırma siyasətindən əl çəkməyə çağırır.

Bu çətin və həssas şəraitdə, Livanın, bölgənin, hətta bütün dünyanın imamın Livanda olmasına nə qədər ehtiyac duyduğunu hiss edirik. Buna görə də, bu çətin zamanlarda daha çox, imamın sevənlərindən və tərəfdarlarından imamın və onun yoldaşlarının sağ-salamat geri qayıtması üçün dua etmələrini xahiş edirik. Həqiqətən, Allah hər şeyə qadirdir.”

Qeyd edək ki, İmam Musa Sədr Livanda yaşayan böyük şiə alimi və mütəffəkiri idi. Onun ərəb ölkələrində Əhlibeyt məktəbinin təbliğində böyük rolu olmuşdur. 1978-ci ildə Liviya dövləti tərəfindən rəsmi dəvətlə həmin ölkəyə səfərə getmiş Musa Sədr iki köməkçisi – Şeyx Məhəmməd Yaqub və Abbas Bədrəddinlə birikdə müəmmalı şəkildə yoxa çıxır. Qəzzafi bu məsələdə əsas günahlar kimi sayılır.

 

 

 

Az.shafaqna.com