Mühacirətdə olan ruhanilər təyyarə qəzası ilə bağlı bəyanat yaydı

Mühacirətdə olan ruhanilər Azərbaycan Hava Yollarına məxsus Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan təyyarədə yaşanan faciə ilə bağlı bəyanat yayıb. Bıyanatda deyilir: 

بسم الله الرحمنالرحيم
إِنَّا لِلَّٰهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ
"Biz Allaha məxsusuq və Ona qayıdacağıq"
[Bəqərə:156]
Adəm övladı bu dünyanın qonağı olduğu üçün mütləqdir ki, ölüm sorağına gələcək. Ölüm ən üzücü hadisə olsa da, eyni zamanda ən ali həqiqətlərdən biridir.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yollarına (AZAL) məxsus sərnişin təyyarəsinin qəzaya uğraması bizlər üçün olduqca üzücü xəbər oldu. Hadisə nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət, yaralılara şəfa, ailələrinə isə səbir diləyirik.
Mühacirətdə olan Ruhanilər
12.25.2024