Məhkəmə qərarı qüvvədə saxlayıb

Bakı Apellyasiya məhkəməsi inanclı İbrahim Muradovun şikayətinə baxıb. Şikayətçi tərəf 2024-cü ilin 15 oktyabrında Ağır Cinayətlər Məhkəməsinin barəsində çıxardığı hökmün dəyişdirilməsi ilə bağlı müraciət edib.

Yanvarın 7-də hakim Zamin İbrahimovun sədrliyi ilə baş tutan məhkəmə şikayəti araşdırıb. Vəkil Zibeydə Sadıqovanın məhkəməyə təqdim etdiyi vəsadətləri incələdikdən sonra hakim Ağır Cinayətlər Məhkəməsinin İbrahim Muradov barəsində çıxardığı 3 il azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlayıb. Məhkəmə iclası bununla da yekunlaşıb. 

Xatırladaq ki, Müsəlman Birliyi Hərəkatının üzvü Muradov İbrahim 2024-cü il fevralın 21 də saxlanılmışdı. Saxta, narkotiklərlə bağlı ittiham olunan inanclı oktyabrın 15-də məhkəmənin qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.