İnsanın vicdanına ədalət hökm etməyənə qədər verəcəyi qərarların qeyri müəyyənliyi özünü nümayiş etdirəcəyi şübhəsizdir. Ədalət hər hansı bir qərarın mərkəzləşmiş, kənar təsirlərə düşməyən hədəfini müəyyən edən əsas dəyərdir. Quran məntiqi ilə deyilərsə, yaxınlarınızın, hətta əleyhunizə olsa belə ədalətli qərar qəbul edin ki, bu sizin üçün ən xeyirlidir. Bu məntiqdən doğan çoxsaylı məsələlər təfəkkür sahibləri üçün də əhəmiyyət və zəruri anlayışın əsasını təşkil edir.
Ədalətin mümkün qorunan sərhədləri istənilən cəmiyyətin böyük əksəriyyətinin arzularını özündə ehtiva edir. Buna görə də hər bir fərd ədaləti öz həyat hekayəsində ən ali dəyər olaraq qəbul və bunun ziddinə qarşı savaşdadır. Cəmiyyətimizdə zülmün əksi olaraq daim mücadilədə olan ədalət tərəfdarları bu incinin mahiyyətini anlayır və arzulanan cəmiyyətin qurulmasında əvəzsiz rolunu qəbul edir.
Bununla belə, ədalət maraqların, bəzən isə nifrətin hədəfinə tuş gələrək dəyişdirilən ən ülvi dəyərlər sırasında öncüldür. Ədaləti tələb edənlər, onun üçün mübarizə aparan yüzlər, minlərin nəticə əleyhinə və ya sevmədiyi, bəzən həsəd duyduğu şəxslərin əlində olduğu zaman zülmə çevrildiyi çoxsaylı nümunələr sırasındadır. Təəssüf ki, maraqların hədəfinə alınan ədalət carçılarının “mənim arzuladığım” ədaləti əldə edə bilməyəcəyi və ya sevmədiyinin ədalət taxtında oturması sonunda onu zülm girdabına çəkir.
Yaşadığınız günlərdə Gürcüstan müxaliflərinin hakimiyyət əleyhinə aksiyalarını ədalətin zəfəri olaraq təqdim edənlər eyni aksiyanı İsraildə müşahidə edəndə nəticələri dəyişir. İranda edamlara diktatura, yarım əsirdən az yaşı olan İslam Respublikasını manarxiya, seçimsiz hakimiyyət sistemi anlandıranlar ondan qat-qat çox edamların gerçəkləşdiyi və monarxiya tarixi 350 ildən artıq bir zamanı arxada qoyan Səudiyyə sistemini görməzdən gəlməsi deyilənlərin əyani nümunəsidir.
Bu sırada daha unikal seçim dünya üçün terrorçu təşkilat və onun başçısının siyasi, döyüş taktikasının dəyişmədiyi ortamda dünən dağıdıcı olduğu kimi bu gün rəhmət mələyinə çevrilməsidir. Suriyada hakimiyyətə gələn Heyət Təhrir əş-Şam terror təşkilatı və onun başcısı Colaninin son 10 ildə terrorçu kimi istisnasız olaraq dünyanın hər bir nöqtəsində qəbul olunduğu siması, fəaliyyətində zərrə qədər dəyişiklik olmayan bu ünsürün kimlərinsə maraqları ilə üst-üstə düşməsi nəticəsində ədaləti ayaqlar altına alaraq mütləq dəyişiklik yaşamaqdadır.
Bir neçə min nəfərin qarşısına çıxan şəxsin varlığı maraqlarla uzlaşdığı halda, “xalqın sevimlisi” statusu aldığı halda milyonları meydanlara yığan şəxs “insan hüquqlarını pozan diktator” adlanması da bu qəbildəndir.
Burada meyar ədalət yox, kin, ədavət, maraqlar və şəxsi ambisiyadan başqa bir şey deyil. Şübhəsiz belə bir düşüncə ədalətsizlik göstəricisi olaraq, saxtakarlıq yaradacaq ki, bu da öz növbəsində şəxsin özü haqqında inam və etibarını puç edəcək.
Maraqlar güzgüsündə ədalət