Əl-Əzhər: “Beynəlxalq ictimaiyyət İsrailin Qəzzaya təcavüzünə son qoymalıdır”

İsrail ordusu bu gün Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına hücum edərək, tibb işçiləri və xəstələri xəstəxananı tərk etməyə məcbur edib və sonra isə oranı yandırıb.

Misir əl-Əzhər elan edib: “İsrail işğalının Qəzzada 400 gündən artıq davam edən hərəkətləri sübut edir ki, bu rejimin hərbi və siyasi planları insan haqlarının əsas prinsiplərini və günahsız insanların həyatına məhəl qoymamaqdır.

İsrailin tibb işçilərini və xəstələrini hədəf aldığı Qəzzanın Beyt Lahia şəhərindəki Kamal Advan xəstəxanasında baş verən son hadisələri böyük kədərlə izlədik.

Biz bu humanitar platformadan səbir və cəsarət göstərərək ölümlə üz-üzə qalan hər bir fələstinli adına səsimizi ucaldır və beynəlxalq ictimaiyyətdən İsrailin bu hücumlarına son qoymaq üçün təcili tədbirlər görməsini tələb edirik. Biz inanırıq ki, bu çağırış yer üzündə qulaqardına vurulsa belə, səmada eşidiləcək.

Gərginliyin daim artması və işğalçıların cinayətləri beynəlxalq ictimaiyyətin susqunluğundan və Fələstin xalqına qarşı bu irqi təmizləmə cinayətlərinin qarşısını almaq üçün qətiyyətli tədbirlər görməkdə zəifliyindən uzaq deyil.

Beynəlxalq ictimaiyyət Kamal Advan Xəstəxanasında 350 tibb işçisi və xəstələrin və onların yoldaşlarının, xüsusən də onlarla əlaqənin kəsildiyi bu dövrdə həyatının qorunmasına tamamilə cavabdehdir. Çağırış sadəcə bir söz deyil, hüquqlar üçün bir fəryaddır. Zülmə və üsyana qarşı olmaq hər gün dünyanın gözü qarşısında öldürülən insanların həyatını xilas etmək üçün bir fəryaddır, eşidən varmı?”

Xatırladaq ki, İsrail ordusu bu gün Qəzza zolağının şimalında yerləşən Kamal Advan xəstəxanasına hücum edərək, tibb işçiləri və xəstələri xəstəxananı tərk etməyə məcbur edib və sonra orani yandırıb.