Ağ ev: Tramp Çin ilə ticarət sazişinə açıqdır

ABŞ Prezidenti Donald Tramp Çin ilə ticarət sazişi bağlamağa açıqdır.

Bu barədə Ağ evin mətbuat katibi Kerolayn Livitt Vaşinqtonun Pekinə qarşı idxal rüsumlarını kəskin artırmasını və cavab tədbirlərini şərh edərkən jurnalistlər üçün mütəmadi brifinqdə bildirib.

“Prezident çox aydın şəkildə bildirib ki, o, Çin ilə sazişə açıqdır”, – Amerika liderinin rəsmi nümayəndəsi söyləyib. “O, nikbindir”, – Livitt Trampı və Çin ilə ABŞ arasında ticarət üzrə razılaşma əldə etmək perspektivlərini nəzərdə tutaraq əlavə edib.

Onun sözlərinə görə, Pekin “cavab tədbirləri görməyə davam edərsə, bu Çin üçün yaxşı olmayacaq”.

Eyni zamanda, o təsdiqləyib ki, Çinə qarşı Amerika gömrük rüsumu dərəcəsi “dünən olduğu kimi – 145 % səviyyəsində qalır”. Livittin sözlərinə görə, əgər digər dövlətlər ABŞ-dən tədarüklərə simmetrik gömrük rüsumları tətbiq etmək yolunu seçsələr, Tramp “daha güclü cavab zərbəsi vurmaq” niyyətindədir.

 

Report