İran və ABŞ arasında dolayı danışıqların ilk raundu başa çatıb.
Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçi ilə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında danışıqlar baş tutub.
Omanın xarici işlər naziri iki tərəf arasında fikir və təklifləri çatdıran mühüm vasitəçi rolunu oynayıb.
Əsas mövzular İrana qarşı sanksiyaların aradan qaldırılması yolları və Tehranın nüvə proqramı ilə bağlı müzakirələr ətrafında olub.
Tərəflər danışıqların gələn həftə davam etdiriləcəyi barədə razılığa gəliblər.
Qeyd edilib ki, iki saat yarımdan çox davam edən dolayı danışıqlar başa çatdıqdan sonra İran və ABŞ nümayəndə heyətlərinin başçıları Oman xarici işlər nazirinin iştirakı ilə bir neçə dəqiqə danışıblar.
İran-ABŞ danışıqlarının ilk raundu başa çatıb