Minlərlə alim və hərbçi Netanyahuya qarşı etiraz petisiyasına qoşulub

Qəzzə zolağında müharibənin davam etdirilməsi ilə bağlı müxalifət dalğasının davamında universitetlərin professor-müəllim heyəti və sionist rejimin “8200-cü kəşfiyyat bölməsi”nin ehtiyat qüvvələrinin yüzlərlə üzvü müharibənin dayandırılması və siyasi razılaşma yolu ilə israilli əsirlərin geri qaytarılması tələbi ilə etiraz ərizəsi imzalayıb.

Sionist rejimin 12-ci kanalı bu rejim kabinetinin Qəzzədə hərbi siyasətinə qarşı akademik elitaların etiraz dalğasının yeni mərhələyə qədəm qoyduğunu bildirib.

Bu xəbərə görə, ali təhsil müəssisələrinin 2000-ə yaxın professor-müəllim heyəti hərbi əməliyyatların dərhal dayandırılması və əsirlərin azad edilməsi ilə bağlı razılığın əldə edilməsinə dair etiraz petisiyasını imzalayıb.

Universitet adamlarına aid qrupunun yaydığı bəyanatda bildirilir: “Siyasi razılaşma əsirləri xilas etməyin yeganə yoludur və hərbi təzyiq onların ölüm riskini artırır.”

Bu arada sionist rejimin 13-cü telekanalı da 8200-cü kəşfiyyat bölməsindən yüzlərlə ehtiyat qüvvənin petisiyaya qoşulduğunu bildirib.

“8200-cü bölmə” sionist rejim ordusunun ən mühüm kəşfiyyat orqanlarından biri hesab olunur və onun qüvvələrinin etirazlara qoşulması həm də ordu daxilində fikir ayrılığının artmasına işarədir.