Qırğızıstanın Dini Qurumlarla İş üzrə Dövlət Komissiyası əhalinin məskunlaşdığı yerlərdə məscidlərin, ibadət evlərinin və digər dini obyektlərin sayına məhdudiyyət qoyulmasını təklif edib. Hazırlanmış qanun layihəsinə görə, dini tikililər arasında məsafə ilə bağlı dəqiq standartların tətbiqi təklif edilir.
Şəhərlərdə və rayon mərkəzlərində onlar bir-birindən ən azı dörd kilometr məsafədə olmalıdır. Kənd rayonlarında məscidlər bir-birindən ən azı üç kilometr, kiçik kəndlərdə iki kilometr məsafədə yerləşməlidir. Sənəd qüvvəyə minməzdən əvvəl tikilmiş dini binalar sökülməyəcək və məhdudiyyətlərə məruz qalmayacaq.
Bəs Azərbaycanda vəziyyət necədir? Məscidlərin sayı Qırğızıstanda olduğu qədər çoxdurmu və bir-birinə yaxındırmı? Ölkəmizdə məscid çatışmazlığı varmı?
Dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu Qırğızıstan hakimiyyətinin bu təşəbbüsü müsəlmanlıq adına bir utanc olduğunu bildirib: “Məscidlərin sayının azaldılması və bu cür məhdudiyyətlər ölkənin müsəlman imicinə zərbədir. Lakin əgər dövlət məscid inşa edirsə, təbii ki, bu zaman müəyyən qaydalar tətbiq edə bilər. Bu, parlamentin və o xalqın seçimidir. Qırğızıstan demokratik ölkədir”.
Bizə gəlincə, müsahibimiz bildirib ki, qeyd olunan parametrlərdə bizdə məscid sayı çox azdır: “Ümumilikdə bizdə ölkə üzrə 2200-dən bir qədər çox məscid var. Onların bir qismi isə fəaliyyət göstərmir. Qalan hissəsi isə əksəriyyəti tarixi abidədir. Yəni ən azı 100 ildən çox yaşı var. Yəni sovet dövründən əvvəl inşa olunub. Bu ölçü ilə götürsək, ölkəmizdə yalnız Bakıda və Bakıətrafı bir neçə kənddə yaxın məscid ola bilər. Amma bunlar da dediyim kimi, tarixi abidədir. Ümumilikdə Azərbaycanda məscid sayı digər müsəlman ölkələrindən, hətta əhali sayına görə müsəlman olmayan ölkələrdəki müsəlman icmalarına görə azdır”.
Onun dediyinə görə, məsələn, Türkiyədə 80 minə yaxın məscid var: “Təxminən 1000 nəfərə bir məscid düşür. Bizdə isə ən yaxşı halda 5 min nəfərə bir məscid düşür. O da dediyim kimi, bir çoxu işləmir və ya tarixi abidədir. Bizdə böyük şəhərlərdə məscid sayı azdır, xüsusən də sovet vaxtı inşa olunmuş yaşayış kvartallarında məscid sayı azdır. Amma xalqımız buna da qane olur”.
İslamda məscidlər arasında müəyyən məsafənin olması barədə konkret bir dini hökm yoxdur. Qurani-Kərimdə və Sünnədə belə bir qaydanın olmadığı bildirilir. Əsas meyar budur ki, hər bir məscid insanlara xidmət etməlidir, fitnə-fəsada səbəb olmamalı, icmanın ibadət ehtiyacını qarşılamalıdır. Tarixən İslam şəhərlərində məscidlər ehtiyac əsasında, əhali sıxlığına görə salınıb. Məsələn, Bağdad, Dəməşq, Qahirə kimi şəhərlərdə onlarla məscid bir-birinə yaxın məsafədə fəaliyyət göstərib.
Dini mənbələrdə qeyd edilir ki, şəriətdə məscidlər arasında məsafə qoymaq zəruri deyil. Lakin bəzi fiqh alimləri, xüsusilə ikinci məscidin tikintisi zamanı fitnə yaratmamaq üçün “məscid zərurət əsasında olmalıdır” prinsipinə üstünlük verirlər. Yəni, əgər bir məscid insanların ehtiyacını qarşılayırsa və ikinci məscid sırf ayrı-seçkilik, fikir ayrılığı məqsədilə tikilirsə, bu “məscid-i dirar” kimi qiymətləndirilə bilər (Tövbə surəsi, 107-ci ayə).
Məlumat üçün bildirək ki, Azərbaycanda iki mindən çox məscid mövcuddur. Sovet İttifaqı dövründə respublikada cəmi 17 məscid fəaliyyət göstərib. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1990-cı ildən Azərbaycanda minə yaxın məscid inşa olunub. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qeydiyyata alınıb. İşğaldan azad olunmuş ərazilərdə indiyədək təsbit olunan tarixi-dini abidələrdən 67-si məscid, 139-u məbəd, 192-si ziyarətgahdır. 67 məsciddən (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 65-i tamamilə, 2-si isə qismən dağıdılaraq yararsız hala salınıb.
Yeni Müsavat
Azərbaycanda ən yaxşı halda 5 min nəfərə bir məscid düşür