Yunanıstanın Kaliviya şəhərində bir villada narkotik məclisi təşkil etdiyi iddia edilən 44 yaşlı DJ İzzətxanım Cavadova barəsində həbs qətimkan tədbiri seçilib.
O, məhkəmədə ittihamları qəbul etmədiyini bildirsə də, hakim Cavadova barəsində həbs qərarı çıxarıb.
Cavadovadan əlavə saxlanılan daha bir nəfər də məhkəməyə qədər həbs edilib.
Digər 3 nəfər barəsində isə başqa yerə getməmək haqqında qərar qəbul edilib və onlar pul ödəyərək zaminə buraxılıb.
Polisin verdiyi məlumata görə, şənliyin “təşkilatçı”sı – Cavadovanın “yataq otağında” içərisində 45 bağlama kokain, ekstazi, kristal met, digər narkotik vasitələr və içərisində 43 min avrodan (45 min dollar) çox pul olan seyf tapılıb.
Xatırladaq ki, İzzətxanım Cavadova İlham Əliyevin əmisi qızıdır.
İzzətxanım Cavadova barəsində həbs qətimkan tədbiri seçilib