İsrail naziri tərəfindən Əl-Əqsa məscidinə basqın

İsrailin rabitə naziri Şlomo Karhi Fələstin torpaqlarını qəsb edən israillilərlə birlikdə işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqın edib.

Məscidül-Əqsanın Qərb Divarının (Ağlama Divarı) altında açılan tunellərdən birində bəzi ayinlər icra edən Karhi, X platforma hesabında Aksa basqını ilə bağlı açıqlama verib.

Karhi açıqlamasında, "İsrail ordusunun hər cəbhədə zəfərlər qazandığı bu günlərdə Midraşdakı (yəhudi dini mətnləri) "gələcəkdə Qüds qapıları Şamın qapılarına çatacaq" ifadəsi yadıma düşdü. " deyə bildirib.

HƏMAS bəyanatında İsrail nazirinin Əqsa basqını pisləyib və onun açıqlamalarını "təhlükəli" adlandırıb.

Bəyanatda, İsrail naziri Karhinin Fələstin torpaqlarını qəsb edən israillilərlə birlikdə Məscidül-Əqsaya basqın və “Şamın qapılarına çatmaq” istəyi ilə bağlı açıqlaması “Müstəmləkəçi varlığın ərəb torpaqları üçün məqsəd və ehtirası”nı təsdiqləyib. Onun region ölkələrinə və xalqlarına qarşı hücumlarını ifadə etdiyi bildirilib.

Ərəb və müsəlman coğrafiyasını “işğal siyasətinə qarşı birləşməyə, İsrailin planlarına və davam edən hücumlarına müqavimət göstərməyə” çağıran Həmas, Qəzza zolağında Fələstin xalqına qarşı davam edən soyqırımın dayandırılması üçün təsirli addımların atılmasının vacibliyini də qeyd edib.