İranın Livandakı səfirinin Beyrut hava limanında baş verən insidentlə bağlı açıqlama verib

İranın Livandakı səfiri Beyrut hava limanında baş verən son insidentlə bağlı danışıb.

Ötən gecə Livanın əl-Mənar kanalı Tehrandan Beyruta uçan təyyarənin sərnişinlərinin Livanın Rafiq Həriri hava limanına çatdıqları zaman ciddi və qeyri-adi axtarış və nəzarətə məruz qaldıqlarını bildirib.

İran səfiri vəziyyətin məlumatsızlıqdan qaynaqlandığını və İrandan gələn bildirişlərlə aradan qaldırıldığını söyləyib.

Beyrut hava limanında yaranan gərginliyə cavab olaraq İran İslam Respublikasının səfiri Müctəba Əmani deyib: “Aeroport rəhbərliyinin diplomatik paketin göndərilməsi və verilən göstərişlər barədə məlumatsızlığı səbəbindən onlar bağlamanı hava limanını açmağa çalışıblar. Ancaq siyasi diplomatik paket Livan Xarici İşlər Nazirliyinin xəbərdarlığı və müdaxiləsi ilə bu məsələ həll edilib və paket heç bir nəzarət olmadan göndərilib."

O, bu yoxlamaların sərnişin sıxlığına və gecikmələrə səbəb olduğunu və bir çox insanda narahatlıq yaratdığını da bildirib. Bu addımın konkret İran aviaşirkətinə qarşı atıldığını deyən Əmani belə bir hərəkətin qəbuledilməz olduğunu və buna qarşı olduqlarını vurğulayıb.