Həzrət Zeynəb (ə) türbəsinin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülüb

Əldə edilən məlumata görə, Suriyanın yeni hakimiyyət orqanları müqəddəs yerləri və ziyarətgahları qorumaq üçün təhlükəsizlik tədbirləri görüb. Təhlükəsizlik tədbirlərinin görüldüyü yerlərdən biri də Xanım Zeynəbin (s.ə) ziyarətgahıdır.

Dəməşqdəki Hərbi Əməliyyatlar İdarəsi məzhəb ayrılığının qarşısını almaq üçün ziyarətgahları və müqəddəs yerləri qorumaq üçün hərbi texnika göndərəcəyini vəd edib. Əl-Hura şəbəkəsinin müxbiri bildirib ki, ziyarətgahı qorumaq üçün Hərbi Əməliyyatlar Departamentindən bir qüvvə iştirak edir.

Vəqflər Nazirliyinin İctimaiyyətlə Əlaqələr üzrə direktoru Əhməd əl-Hələk “əl-Hura” telekanalına müsahibəsində Suriyanın yeni hakimiyyət orqanlarının ilk gündən əməli addımlar atdıqlarını, sadəcə sözlərlə kifayətlənmədiklərini, idarə etmək imkanlara malik olduqlarını bildirib.

Bu arada, ötən çərşənbə günü Hələbdə ələvi dininin banisi Əbu Abdullah əl-Hüseynin məzarına silahlı şəxslərin hücumu ilə bağlı görüntülərdən sonra ələvi azlığından olan minlərlə suriyalı bir çox şəhərlərdə etiraz aksiyaları keçirib.

Suriya İnsan Haqları Müşahidə Qrupu Homsda bir etirazçının öldüyünü bildirib. Lakin Suriya Daxili İşlər Nazirliyi videonun köhnə olduğunu və şəhərin azad edilməsinə aid olduğunu, aksiyanın naməlum qruplar tərəfindən həyata keçirildiyini iddia edib.

Nazirlik Suriya xalqı arasında nifaq salmaq üçün bu videonun yenidən yayımlanmasının hazırkı mərhələdə kritik olduğunu və bu nazirliyə bağlı qurumların dini yerlərin təhlükəsizliyini təmin etmək üçün gecə-gündüz çalışdığını iddia edib.