Livan Parlamentində Hizbullaha bağlı Vəfa Müqavimət Blokunun üzvü Hüseyn Hacı Həsən, İsrailin bölgədə artan pozuntuları və siyasi proseslərlə bağlı açıqlamalar verib.
Hizbullahın hər cür təhdidlərə qarşı müqavimət gücünə malik olduğunu bildirən Hacı Həsən, "Bizimlə heç kim zülm dili ilə danışa bilməz. Xalqın şəhid karvanlarına göstərdiyi dəstək Hizbullahın Livandakı yerini və bağlılığını açıq şəkildə göstərir."
İsrailin atəşkəsi pozmasına toxunan Hacı Həsən, "ABŞ İsrailin Livana hücumlarını dayandıra bilməzmi? Bu pozuntulara görə ABŞ, Fransa və Birləşmiş Millətlər Təşkilatı məsuliyyət daşıyır. Son 60 gündə 816 dəfə atəşkəs pozulub" deyib.
Hacı Həsən İsrailin Livanın cənubundakı bəzi kəndlərdə qalması halında Hizbullahın lazımi qərarları alacağını vurğulayaraq, "Belə bir vəziyyətdə lazımi addımları atmaqdan çəkinməyəcəyik" deyə bildirib.
Livanda keçirilən prezident seçkiləri ilə bağlı dəyərləndirmələr aparan Hacı Həsən Hizbullahın namizədinin Mərdə Hərəkatının lideri Süleyman Franciye olduğunu bildirib.
Həsən son olaraq bəyan edib ki, İsrailin Suriyadakı işğalçı varlığı təkcə bu ölkə üçün deyil, bütün region üçün təhlükə yaradır.
Hizbullahdan İsrailə xəbərdarlıq: Cənubi Livanda qalsanız, cavab verəcəyik