Tehran cümə namazının müvəqqəti sədri Hüccətül-İslam Məhəmməd Cavad Hacı Əliəkbəri İsrail rejimi ilə HƏMAS arasında əldə olunan razılaşmanı dəyərləndirib.
Tehranda bu həftənin cümə namazını Hüccətül-İslam Məhəmməd Cavad Hacı Əliəkbəri imam edib.
Cümə namazı xütbələrində çıxış edən Hüccətül-İslam Məhəmməd Cavad Hacı Əliəkbəri son hadisələri dəyərləndirib.
Hüccətül-islam Məhəmməd Cavad Hacı Əliəkbəri Avropa İttifaqının xarici işlər nazirləri və Fars Körfəzi Əməkdaşlıq Şurasının Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adaları ilə bağlı birgə bəyanatına reaksiya verərək, Fars körfəzindəki üç adanın “ölkənin ayrılmaz hissəsi” olduğunu bildirib.
"Bu bəyannamənin heç bir dəyəri yoxdur və biz avropalılara deyirik ki, bu adalar İrana məxsusdur. Onların bizə Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq etməyi söyləmələri gülüncdür. İranın raket proqramının avropalılarla heç bir əlaqəsi yoxdur. Biz güclüyük və daha da güclənəcəyik.
Sionistlər bəyan etdikləri məqsədlərinə çatmadılar. HƏMAS-ın məhv edilməsindən danışan rejim danışıqlara getməyə məcbur oldu. Bununla belə, sionist düşmənə etibar etmək olmaz və müqavimət cəbhəsindəki hər kəs, o cümlədən Cihad və İslami hərəkatda ayıq olmalıdır".
Höccətül-İslam Hacı Əli Əkbəri ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına layiq olmadığını bildirərək, “Trampın özünü sülh səfiri hesab etməsi gülüncdür, çünki Qəzzada törədilən soyqırımın ilk günahkarı ABŞ-ın pis prezidentidir” deyib.
Atəşkəslə bağlı sionist rejimə etibar etmək olmaz