Ciddi rejimli – Umbakı həbsxanasına (kritaya) köçürülərək tam məhdudiyyətə məruz qalan Cahad Babakişizadə aclıq aksiyasına başlayıb. Bu barədə məlumatı müəssisədəki digər məhbuslar veriblər.
“Müəyyən müddətdir ki, Cahad aclıq edir. Son üç gündə vəziyyəti daha da pisləşib. Artıq su da içə bilmir, içdiyi suyu qaytarır. O, kamera şəraitində baxımsız vəziyyətdədir və hər an ölümlə üzləşə bilər. Onunla bağlı hansısa addım atılmasa, bu, həyatına son qoya bilər,” – deyə adının açıqlanmasını istəməyən məhbus yoldaşı bildirib.
Zəng edən şəxs Cahadın aclıq səbəbi barədə ətraflı məlumat verməsə də (çox ehtiyatla və qısa danışaraq telefon əlaqəsini kəsib), onun vəkil tələbini dilə gətirib.
Xatırladaq ki, avqustun 30-da Cahad Babakişizadə Umbakıya köçürülərək karantinə alınıb. Sentyabrın 14-də karantin müddəti bitdikdən sonra o, üç nəfərlik kameraya yerləşdirilib. Sentyabrın 18-də sonuncu telefon əlaqəsi zamanı Cahad bildirib ki, ona burada iki aylıq rejim tətbiq edilib və bu səbəbdən nə görüşə çıxa, nə azuqə ala, nə də zəng edə biləcək.
Beləliklə, C. Babakişizadənin ailəsi ilə bütün əlaqələri tamamilə kəsilib.
C. Babakişizadə iyulun 2-də “daxili qaydaları tez-tez pozma” bəhanəsi ilə məhkəmə qarşısına çıxarılıb və 3 il müddətinə ciddi rejimli müəssisəyə köçürülməsi barədə qərar qəbul edilib.
2015-ci il noyabrın 26-da saxlanılan, o zaman 18 yaşını yenicə tamamlamış Cahad Babakişizadə Nardaran hadisələri zamanı güllə yarası almış 10 nəfərdən biridir. O, 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və cəzasının ilk 3 ilini ciddi rejimli müəssisədə keçirib. Məhz həmin dövrdə də dəhşətli işgəncələrə məruz qalıb.
Sonrakı illərdə Cahad müxtəlif müəssisələrə köçürülsə də, vəziyyət dəyişməyib. Bəzən “dini təbliğat” adı altında karserə salınıb, bəzən isə müxtəlif etiraz aksiyalarına görə fiziki işgəncələrin ən ağır formalarına məruz qalıb. Onun bu barədə səsli etirafları da bir müddət öncə sosial mediada geniş yayılıb.
Aclıq aksiyası keçirən Cahad Babakişizadənin vəziyyəti ağırlaşıb