Pakistanda Fələstinə dəstək mitinqində 10-dan artıq şəxs həyatını itirib

Pakistanın “Təhriki Ləbbeyk Pakistan” (TLP) hərəkatı Lahorda etiraz aksiyası keçirib.

Onların məqsədi Fələstinə dəstək və ABŞ və İsrailin Qəzza sektoru ilə bağlı planlarına isə etiraz etmək olub.

Onlar paytaxt İslamabadda yerləşən ABŞ səfirliyinə doğru yürüş keçirməyi planlaşdırırdılar.

Nəticədə hökumət şəhərlər arasındakı yolları, həmçinin internetə çıxışı qapadıb. Ardınca mitinqi dağıdılması əməliyyatı start götürüb. Bu zaman etirazçılarla polis arasında toqquşma yaşanıb. Nəticədə ən azı 10 etirazçı həyatını itirb, təxminən 150 nəfər isə yaralanıb.