Avropa İttifaqı Qəzza və Misir arasında sərhəd keçid məntəqəsində mülki nəzarət missiyasını yenidən başladacaq.
Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabında bildirib.
Onun sözlərinə görə, Aİ-nin bu missiyası atəşkəsi dəstəkləmək baxımından çox mühüm olacaq.
“Bu gün Yaxın Şərqdə nadir ümid anlarından biridir. Girovların azad edilməsi diplomatiya üçün uğur və sülh istiqamətində mühüm irəliləyişdir. Prezident Tramp bu irəliləyişi mümkün etdi. Qəzzada sülhün təmin olunması fövqəladə mürəkkəb məsələ olacaq”, - Kallas qeyd edib.
Aİ Qəzza-Misir sərhədində nəzarət missiyasını bərpa edəcək