Müqavimət qrupları silahı yerə qoymayacaq.
Bu barədə Fələstinin “İslami Cihad” hərəkatının Baş katibinin müavini Məhəmməd əl-Hindi bəyan edib.
O deyib ki, müqavimət cəbhəsi silahı təslim etməyə razılıq verməyib və həmçinin məcburi silahsızlaşdırma təhdidlərini də qəbul etməyəcək.
Əl-Hindi əlavə edib ki, İsrailin əldə edilən razılığın həyata keçirilməsinə mane olmaq cəhdləri gözlənilməz bir şey deyildi.
“(İsrail baş naziri) Binyamin Netanyahu “mütləq qələbə” illüziyasının əldə edilməsində uğursuzluğa düçar olub və biz Qəzza sektorunun idarəedilməsi məsələsində beynəlxalq nümayəndəliyin mövcudluğunu qəbul etməyəcəyik“, – deyə o qeyd edib.
Xatırladaq ki, Fələstin Xalq Azadlıq Cəbhəsinin siyasi bürosundan da elan edilib ki, müqavimətin silahsızlaşdırılması məsələsi danışıqlar zamanı qaldırılmayıb və Qəzza sektorunun idarəçiliyi milli məsələ olaraq qalmaqdadır.
“İslami Cihad”: Müqavimət silahını təslim etməyəcək