Trampın İsrail Knessetindəki çıxışı etiraz səbəbindən yarımçıq dayandırıldı

İsrail parlamentində (Knesset) çıxış edən ABŞ prezidenti Donald Trampın nitqi iki deputatın etirazı nəticəsində dayandırılıb.

Knessetin üzvləri Aymən Ode və Ofer Kasif Trampın çıxışı zamanı etiraz edərək nitqini yarıda kəsiblər. Hadisədən sonra hər iki deputat parlament zalından çıxarılıb.  

Tramp çıxışını davam etdirərək Ukrayna-Rusiya müharibəsinə toxunub və bu müharibənin qarşısını almaq üçün atdığı addımlardan danışıb.