Çərşənbə axşamı Bayden administrasiyasının insan hüquqları üzrə baş nümayəndəsi Dafna Rand "İnsan hüquqları müdafiəçisi" mükafatını almaq üçün ABŞ-a getməzdən əvvəl hüquq müdafiəçisi Rüfət Səfərovun həbsilə bağlı Azərbaycan hökumətinin qərarını tənqid edib.
“Bu, bizə və insan hüquqları ilə bağlı vəziyyətdən narahat olanlara yönəlmiş bir siqnal idi", dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Dafna Rand Turan agentliyinə eksklüziv müsahibəsində deyib.
"Mahiyyətcə, bu, hakimiyyətin bu tendensiyanı davam etdirəcəyinə, ABŞ-ın və başqalarının bu müdafiəçiləri, ümumiyyətlə, vətəndaş cəmiyyətini dəstəkləməsini istəmədiyinə dair siqnaldır", - o deyib.
Sual: Beynəlxalq İnsan Hüquqları Günü Azərbaycanda açıq-aşkar xoşbəxt gün deyil... Ardıcıl ikinci gündür ki, dövlət katibi Blinken Azərbaycan laureatlarını - dünən Korrupsiyaya Qarşı Mübarizə Günü ilə əlaqədar, bu gün isə insan hüquqları ilə bağlı qiyabi olaraq şərəfləndirir. Bu, Azərbaycanda insan hüquqlarının vəziyyəti haqqında nə deyir?
Cavab: Azərbaycan məsələsində insan hüquqları müdafiəçiləri, korrupsiyaya qarşı mübarizə fəalları, jurnalistlər və ölkədəki hər hansı müxalif səsə gəlincə, düzünü desək, biz tendensiyalardan çox narahatıq. Dünən də, bu gün də katib Blinkenin mükafatının Azərbaycandan olan laureatlarını burada, Vaşinqtonda salamlaya bilmədik. Biz bu mükafatı şəxsən onlara verə bilmədik, Çünki Azərbaycan hakimiyyəti onları həbs edbi. Korrupsiyaya qarşı mübarizə fəalı (Sevinc Vaqif qızı) daha əvvəl həbs edilib, Ötən həftə isə Rüfət Səfərov həbs edilib.
Biz tendensiyalardan çox narahatıq. Biz dünyaya onların işlərinin nə qədər vacib olduğunu söyləmək istədik.
Sual: Bu il Azərbaycanda insan hüquqları sahəsində xüsusi nailiyyətlər yoxdur. Həbs olunan jurnalistlərin sayı ötən ildən bəri iki dəfə artıb. Rüfət Səfərova gəlincə, o, ABŞ-a yola düşməzdən bir neçə gün əvvəl həbs edilib. Sizcə, Bakı Vaşinqtona hansı mesajı göndərir?
Cavab: Bu, çox güclü mesajdır və eşidildi. Bu mesaj həqiqətən bizə və insan hüquqlarının vəziyyətindən narahat olanlara göndərildi.
Mesaj budur ki, hakimiyyət bu tendensiyanı davam etdirmək niyyətindədir, ABŞ və digərlərinin insan hüquqları müdafiəçilərini və vətəndaş cəmiyyəti üzvlərini dəstəkləməsini istəmirlər. Odur ki, mesaj yüksək və aydın şəkildə eşidildi. Düzünü desəm, cənab Səfərovun bu gün günorta getməli olduğu Dövlət Departamentində və ABŞ Konqresində bu, yüksək səslə və aydın şəkildə eşidildi.
Diqqəti ona yönəltmək istərdim ki, hər iki partiyadan Konqres üzvləri mükafatlandırılanların hər ikisini dəstəkləyən bəyanat veriblər və onların həbsini tənqid ediblər.
Sual: Tənqidçilər deyirlər ki, Bayden administrasiyası insan hüquqlarına üstünlük verəcəyini vəd etmişdi, lakin Azərbaycanla bağlı belə deyil və bir neçə telefon danışığı və görüş zamanı təhlükəsizlik, Qarabağ münaqişəsi prioritet olub, insan hüquqları mütləq deyil. Bu tənqidlə razısınızmı?
Cavab: Mən Dövlət Departamentinin komandası ilə fəxr edirəm. Biz Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə diqqət yetirmişik, bizim çox yaxşı səfirimiz var, Mark Libbi. Bakıda olduğu müddətdə bunu prioritet edib. Bu gün biz mükafatı ABŞ-ın Bakıdakı səfirliyinin insan hüquqları üzrə əməkdaşına təqdim edirik. O, öz xidmətini başa vurub və bu məsələ üzrə işləyib. COP29 zamanı hüquq müdafiəçiləri və jurnalistlərin, vəkillərin, həbsxanada olanların hamısının acınacaqlı vəziyyəti barədə məsələ qaldırıldı.
Yəni, biz dünya birliyinin diqqətini Azərbaycandakı vəziyyətə və bu vəziyyəti dəyişmək üçün atılan adımlara yönəltməyə çalışmışıq.
Sual: Vəziyyəti dəyişdirmək üçün alətləriniz tükənib?
Cavab: Xeyr. Biz səylərimizi ikiqat artırmağa, diplomatiyadan - özəl diplomatiyadan, ictimai diplomatiyadan istifadə etməyə davam edəcəyik və bugünkü tədbir də belədir. Viza sanksiyaları və bir sıra digərləri də daxil olmaqla, bəzi cəza alətlərindən istifadə etməyə davam edəcəyik.
Ən əsası, biz vətəndaş cəmiyyəti xadimlərini dəstəkləməyə davam edəcəyik, bu, bizim ən yaxşı alətimizdir. Azərbaycanın susmayacaq, ayağa qalxacaq və öz ölkəsi üçün ən yaxşısını etməyə çalışacaq cəsur kişi və qadınlarına siqnal göndərə bilsək, onlar ABŞ hökumətinin timsalında dost və dəstək tapacaqlar. Bu, bizim ən yaxşı alətimizdir, bunu etməyə davam edəcəyik və ruhdan düşmürük.
Sual: Sanksiyalara gəlincə, hazırda viza sanksiyaları altında olan hansısa azərbaycanlı yüksək vəzifəli şəxslər varmı, bir neçə il əvvəl adlar çəkilənlərdən başqa?
Cavab: Sanksiyalar barədə bir şey deyə bilmərəm. Mən yalnız əvvəlki sanksiyalardan danışa bilərəm.
Sual: Azərbaycan hakimiyyəti cəzasız fəaliyyət göstərir?
Cavab: İndiki vəziyyətdə xalq hökumətin qərarlarından əziyyət çəkir və biz Azərbaycan xalqını dəstəkləyirik. Oraya gedib-gələn adamlarla, tələbələrlə, bizneslə və ticarətlə uzun münasibət tariximiz var. Biz Azərbaycanda demokratik açıq cəmiyyəti dəstəkləmək istəyirik. İnanırıq ki, Azərbaycanda demokratiya və insan hüquqları məsələlərində qarşılıqlı anlaşmaya gəlsək, tərəfdaşlığımız daha güclü və zəngin olacaq.
Sual: Gürcüstana keçmək istəyirəm. Son sanksiyalar paketinin elanından bəri çox hadisə baş verdi. Bu yaxınlarda sizi Helsinki komissarı vəzifəsinə təyin etdilər. Bu komissiya Dövlət Departamentini Gürcüstanda baş verən hər şeyin arxasında duran şəxsə qarşı sanksiyalar tətbiq etməyə çağırdı. Niyə?
Cavab: Bir neçə aydır ki, Gürcüstanda vətəndaş cəmiyyətini boğmağa yönəlmiş xarici agentlər haqqında qanunun qəbulu da daxil olmaqla, narahatedici əlamətlər müşahidə olunur. Ona görə də hələ oktyabrın 26-da keçirilən seçkilərdən əvvəl biz hakimiyyət orqanları ilə işləyirdik ki, gürcülərin azad və düzgün səs vermək imkanı ilə bağlı narahatlığımızı bildirək.
Gürcü xalqı Avropa İttifaqına daxil olmaq istəyini ucadan və aydın şəkildə bəyan etdi və ABŞ hökuməti bu istəyi dəstəkləyir. Bundan əvvəl Gürcüstana qarşı sanksiyalar tətbiq edilmişdi və biz bundan sonrakı tədbirləri nəzərdən keçiririk.
Sual: Başa düşürəm ki, siz sanksiyaları anons etmək istəmirsiniz, amma hələ elan olunmamış sanksiyalar, cənab İvanişviliyə qarşı sanksiyalar barədə soruşmaq istəyirəm. ABŞ-ın bunu etməsinə mane olan bir şey varmı?
Cavab: Bu, ən yüksək səviyyədə müzakirə olunur və prezident Baydendən tutmuş katib Blinkenə qədər hər kəs Gürcüstanda baş verənləri böyük həyəcanla izləyir.
Sual: Son sualım: Gürcü Arzusu hökumətini Gürcüstanda qanuni hökumət kimi tanıyırsınızmı?
Cavab: Biz Gürcüstan hökuməti ilə işləyirik. Bu, bizim işlədiyimiz sistemdir. Biz bütün dünyada hökumətlərlə və razı qalmadığımız şəxslərlə, hakimiyyətə gəlişi bizi çox narahat edənlərlə işləyirik. Odur ki, demokratiyaya doğru yola qayıtmaq, bəzi seçki institutlarında və praktikada islahatlar aparmaq, xarici agentlər haqqqında qanunu ləğv etmək, Gürcüstanda əvvəllər olduğu kimi, vətəndaş cəmiyyətinə daha çox yer vermək üçün Gürcü Arzusu ilə işləyirik. Hazırda biz yayınma, anomaliya görürük. İndi bizim missiyamız gürcü xalqının istəklərinə qayıtmaqdır.
Dövlət katibinin köməkçisi: ABŞ Azərbaycanda vətəndaş cəmiyyətini dəstəkləməyə davam edəcək