Dekabrın 28-də "Abzas Media işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər isə heç bir ittiham üzrə özlərini təqsirli bilməyiblər.
İş üzrə həbs olunan "Abzas Media"nın baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) çıxış edərək bildirib ki, bu qədər qaçaqmalçılıq baş veribsə, Gömrük Komitəsinin bundan niyə məlumatı olmayıb?
"Abzas Media, Toplum TV və Meydan TV işləri üzrə onlarla jurnalist qaçaqmalçılıqda ittiham edilir. Biz ölkəyə bu qədər pul gətirmişiksə, necə olub ki, Gömrük Komitəsinin sədrinin xəbəri olmayıb. Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov hara baxırdı? Onun məhkəməyə gəlib bu suala cavab verməsini tələb edirəm!".
Bu is üzrə həbsdə olan Fərid Mehralızadə prokurora "siz yalançı prokurorsunuz" deyib.
Dövlət Gomruk komitəsinin sədrinin məhkəməyə gəlməsi tələb edilir