Cənubi Koreyada təyyarə qəzasında azı 120 nəfər həlak olub

Cənubi Koreyanın Muak aeroportuna eniş zamanı sərnişin təyyarəsi qəzaya uğrayıb. Həlak olanların dəqiq sayı bəlliu olmasa da, azı 120 nəfərin öldüyü bildirilir.

“Ryonhap” agentliyi iki nəfərin sağ qaldığı, qalan sərnişinlərin və ekipaj üzvlərinin öldüyü ehtimalından yazır.

“Juju Air” aviaşirkətinə məxsus “Boeing 737” Banqkok-Muan reysi ilə uçurmuş, göyərtəsində 181 nəfər var idi.

Şahidlərin dediyinə görə, təyyarə enən zaman şassində nasazlıq yaranıb, uçuş-enmə zolağına dəyərək alışıb.

Qəzanın səbəbləri müəyyənləşdirilir. İlkin versiya kimi təyyarənin quş sürüsü ilə toqquşma ehtimalı səslənib.

Muan aeroportu müvəqqəti bağlanıb. Hazırda təyyarənin qalıqları söndürülür, ölənlərin, qəzadan sağ çıxa biləcək şəxslərin axtarışı gedir.

Cənubi Koreya prezidentinin vəzifəsini icra edən Çxve San Mok hadisə yerinə gedib. O, ölənlərin yaxınlarına başsağlığı verib, hökumətin gərəkən dəstəyi göstərəcəyini deyib.