2 yanvarda Beyrut Hava Limanına enən İranın Mahan Air aviaşirkətinə məxsus təyyarə ilə bağlı misli görünməmiş təhlükəsizlik tədbirləri həyata keçirilib.
Beyrut Hava Limanı, İranın Mahan Air təyyarəsinə qarşı sərt təhlükəsizlik tədbirlərinə şahidlik edib.
Təyyarədə olan İranlı sərnişinlərin baqajlarının ən xırda detallarına qədər yoxlanıldığı və saatlarla gözləməli olduqları üçün sərnişinlərin rəsmi qurumlara kəskin etiraz etdiyi qeyd olunub.
Yerli mənbələr yoxlamaların artıq həftələrdir davam etdiyini və bu prosesin ABŞ zabitlərinin nəzarəti altında həyata keçirildiyini bildiriblər.
Beyrut Hava Limanında tətbiq edilən sərt təhlükəsizlik tədbirlərindən sonra şəhərdə genişmiqyaslı etirazlar keçirilib. Etirazlar zamanı hava limanına gedən yolun bağlandığı bildirilib.
Rasthaber Azərbaycan
Beyrut Hava Limanında iranlı diplomatlara təzyiq Hizbullah tərəfdarlarını ayağa qaldırdı